Mükafatı verməyə jurnalist tapılmır

Elçin Şıxlıo8.07.2013

Bu il Həsən bəy Zərdabi mükafatı verilməyə bilər. “Media forum” saytına açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı belə deyib. O bildirib ki, mükafatı vermək üçün jurnalist tapmaqda çətinlik çəkir: “Namizədliyini mükafata təqdim etmək üçün ortalıqda fərli-başlı jurnalist yox dərəcəsindədir. Layiqli olan bir-iki jurnalistlə də iş keçmir. Çünki biz 7-8 nominasiya üzrə mükafat veririk. Bu səbəbdən tərəddüd edirik. Ancaq bu il mükafatın verilib-verilməməsi tezliklə bilinəcək”.

Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi mükafatını 1990-cı illərinin sonlarında təsis olunub. Laureatlar Azərbaycan Jurnalistikası Günü ərəfəsində sərbəst nominasiyalar üzrə seçilir.

2012-ci ildə mükafatı Bakı Slavyan Universitetinin kafedra müdiri, Televiziya Akademiyasının rəhbəri Etibar Babayev, Bakı Dövlət Universitetinin müəllimi, “İslam dini və Kütləvi İnformasiya Vasitələri” monoqrafiyasının müəllifi Qəmər Cavadlı, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova, İctimai Televiziyanın əməkdaşı Səidə İbrahimli, “Yeni Müsavat” qəzetinin müxbiri Sevinc Telmanqızı, ATV-dən Emin Musəvi, “Ədalət” qəzetinin yazarı Etibar Cəbrayıloğlu layiq görülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button