Müqəddəs Məryəm kilsəsi bombalandı –Suriyada toqquşma

Şənbə günü silahlı qruplaşmalar atəşkəs rejimini pozub və Suriya paytaxtının xristianlar yaşayan Bab-Tuma məhəlləsini minaatanlardan atəşə tutublar.

Mərmilərdən biri Müqəddəs Məryəm kilsəsinin yanına düşüb. İlkin məlumata görə, nəticədə 3 nəfər yaralanıb, binaya maddi ziyan dəyib.

Daha 5 nəfərin yaralanması barədə məlumat Dəməşqin şərqində yerləşən Cerman xristian dairəsindən daxil olub.

Məlumata görə, Suriya ordusu yaraqlıların Şərqi Qut regionundakı mövqelərinə cavab atəşi açıb və onların bir neçə atış qurğusunu məhv edib.(strateq.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button