Musəvidən müraciət: İranda referendum keçirilsin, yeni konstitutisiya hazırlansın

İranın müxalifət xadimi Mirhüseyn Musəvi İranda “azad” referendumun keçirilməsinə və yeni konstitusiya layihəsinin hazırlanmasına çağırıb.

2011-ci ildən ev dustaqlığında olan Musəvi fevralın 4-də yaydığı bəyanatda bu çağırışla çıxış edib.

O bildirib ki, son zamanlar hakimiyyət əleyhinə etirazlar zamanı çoxlarının səsləndirdiyi “Qadın, həyat, azadlıq” şüarı əsasında köklü dəyişiklik istəyirlər.

Musəvi qeyd edib ki, bu üç söz “zülm, yoxsulluq, təhqir və ayrı-seçkilikdən azad parlaq gələcəyin toxumlarıdır”.

Musəvi, universitet professoru olan həyat yoldaşı Zəhra Rəhnavard və islahatçı din xadimi Mehdi Kərrubi 2009-cu ildəki mübahisəli prezident seçkiləri ilə bağlı Ali Rəhbər Ayətullah Əli Xameneiyi və İranda insan haqlarının pozulmasını tənqidi fikirlər səsləndirdikləri üçün 2011-ci ilin fevralında ev dustaqlığına buraxılmışdılar.

Musəvi, həyat yoldaşı, universitet professoru Zəhra Rəhnavard və islahatçı din xadimi Mehdi Kərrubi 2009-cu ildəki mübahisəli prezident seçkiləri ilə bağlı Ali Rəhbər Ayətullah Əli Xameneiyə meydan oxuduqları və insan haqlarının pozulmasını tənqid etdikləri üçün 2011-ci ilin fevralında ev dustaqlığındadılar.

İranda ötən ilin sentyabrdan etirazlar başlayıb. Bu kütləvi etirazlara səbəb hicab qaydasını pozması ilə bağlı polis məntəqəsinə aparılan və daha sonra xəstəxanada vəfat edən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb və hələ də səngimək bilmir.

Ölkədə etirazlarla bağlı 20 min nəfərin həbs olunduğu, bunlardan 100-ü barəsində edamla nəticələnə biləcək hökmlərin çıxarıldığı xəbər verilir.

Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı isə bildirir ki, İranda ötən il edam edilənlərin sayı 500 nəfərdən çox olub.

İran etirazlarda iştirakla bağlı 4 nəfərin edam olunduğunu təsdiq edib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button