'Müsəlman Birliyi' Hərəkatı üzvünün saxlandığı deyilir

“Müsəlman Birliyi” Hərəkatının üzvü Şahin Qədirovun saxlanıldığı bildirilir.

Təşkilatdan verilən məlumata görə, onu mülki geyimli şəxslər noyabrın 23-ü axşam saatlarında fəhlə işlədiyi obyektdən çıxarıb zorla avtomobilə mindirərək naməlum istiqamətə aparıblar: “Ailəsi bu barədə Daxili İşlər Nazirliyinin 102 Xidmətinə məlumat versə də, hələlik, onun taleyi barədə məlumat ala bilmirlər”.

Bu deyilənlərlə bağlı hüquq-mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb.

“Müsəlman Birliyi” Hərəkatının bəzi rəhbər şəxsləri hazırda uzunmüddətli həbsədirlər. Onlar 2015-ci ildə ikisi polis olmaqla altı nəfərin öldüyü Nardaran hadisələri zamanı həbs ediliblər. Həmin şəxslər qətl və başqa ağır cinayətlərdə ittiham edilirlər. Lakin heç kimi öldürmədiklərini və saxlandıqdan sonra ağır işgəncələrə məruz qaldıqlarını bildirirlər. Daxili İşlər Nazirliyi isə işgəncə şikayətlərini əsaslı saymayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button