Musa Yaqubun səhhəti ilə bağlı son durum

Azərbaycanın tanınmış şairi Musa Yaqubun səhhətindəki problem bir az da ciddiləşib.

Kult.az xəbər verir ki, bununla bağlı xalq şairi, Musa Yaqubun yaxın dostu Sabir Rüstəmxanlı danışıb. O bildirib ki, dostunun vəziyyətinin ağırlaşdığını eşidən kimi onun yaşadığı İsmayıllı rayonu, Buynuz kəndinə gedib:

“Çox zəifəyib. Hər an nəsə baş verə bilər. Deyir, xaricdən dərman gəlməlidir. Guya, o dərman yaxşı təsir edir. Bəlkə möcüzə də baş verə bilər, amma hazırda heç də yaxşı deyil. Vəziyyəti gün-gündən pisləşir”.

Qeyd edək ki, 81 yaşı 10 mayda tamam olan şair xeyli müddətdir xəstə yatır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button