Müsavat liderləri ALDE qrupunun liderlərinin konfransına qatılır

Müsavat partiyasının başqanı Arif Hacılı və Müsavat başqanının müavini Səxavət Soltanlı Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiyası – ALDE qrupu liderlərinin konfransına qatılmaq üçün bu gecə Stokholma səfərə çıxıblar.

Xatırladaq ki, Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya – ALDE qrupun vitse-sədri, “Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolai bir neçə il əvvəl Azərbaycan ilə yaranmış vəziyyətin dəyişməkdə olduğunu deyib və Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələrin bərpa olunması istəyini ifadə edib. Avropa Parlamentində özünün daxil olduğu liberal-demokratlardan ibarət fraksiyanın – ALDE qrupun fəaliyyətinin ölkəmizə dəstək nümayiş etdirdiyini vurğulayan N. Nikolai qrupun bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button