Müsavat başqanına Prezident Administrasiyasından dəvət gəldi

Arif Hacılı15 may 2015-ci ilə planlaşdırılan iqtidar-müxalifət görüşünə Müsavat partiyası da dəvət alıb. Musavat.com xəbər verir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı Prezident Administrasiyası tərəfindən görüşdə iştirak üçün dəvət edilib. 
 
Partiyadan musavat.com-a verilən məlumata görə,  dəvətlə bağlı rəhbərlikdə müzakirələr aparıldıqdan sonra rəsmi cavab veriləcək.
Musavat.com-a danışan başqan Arif Hacılı müxbirimizə bunları deyib: “Mayın 12-də mənə Prezident Adminstrasiyasından zəng gəldi və rəhbər şəxslər bildirdilər ki, iqtidar-müxalifət görüşü baş tutacaq. Məni də həmin görüşdə iştirak üçün dəvət etdilər. Mən dəvətə görə təşəkkürümü bildirərək məsələnin partiya strukturlarında müzakirə edildikdən sonra qərar veriləcəyini bildirdim. Bu gün (13 may-red), ya sabah Müsavat Partiyasının məsələ ilə bağlı mövqeyi açıqlanacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button