Müsavat Divanı toplandı-QƏRAR

Bu gün (dünən – red.) Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Müsavat Partiyasının mətbuat xidmətindən xural.com-a verilən məlumata görə, Divan Ağdam və ümumilikdə Qarabağ döyüşlərində şəhid olanların xatirəsini sayğı duruşu ilə yad edib.

Sonra Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı qərarların icrası və  görülən işlər barədə məlumat verib.

Məlumatlarda Şirvan şəhər təşkilatının həbsdə olan sədri Əlikram Xurşidovun apellyasiya məhkəməsi ətrafında gedən proseslər müzakirə edilib. Eləcə də 27 iyulda keçiriləcək Bakı İqtisad Məhkəməsində Nemət Kərimlinin Vəkillər Kollegiyasında fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmə işinin  diqqətdə saxlanmasının vacibliyi qeyd olunub.

Divan son həftə ərzində də “Bastainfo.com” saytına və əməkdaşlarına qarşı təzyiqlərin davam etməsini müzakirə edib, bu təzyiqləri kəskin şəkildə pisləyən Divan hakimiyyətdən bu qondarma cinayət işinin dərhal dayandırılmasını və ölkə daxilində azsaylı azad mətbuat orqanı olan “Bastainfo.com” və digər saytlara olan basqılara son qoyulmasını tələb edib.

Müsavat başqanı Arif Hacılı Cümhuriyyətin 100 illiyinə həsr olunan və Gürcüstanda təşkil olunan beynəlxalq tədbir barədə məlumat verib.

İclasda Müsavat Partiyasının Cəlilabad rayon təşkilatının fəal üzvü Vüqar Rzalının inzibati qaydada 20 sutka həbs verilməsindən məhkəməyə edilən müraciətin diqqətdə saxlanması tövsiyə edilib.

Divanda həmçinin dünyada və regionda baş verən hadisələr müzakirə olunub.

Sonda cari məsələlərə baxılıb.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button