Rubrikalar: CƏMİYYƏTXuralTAC

Müsavat fəalının apellyasiya şikayəti təmin edilməyib

Aprelin 25-də Bakı Apellyasiya Məhkəməsi hakim Vaqif Mursaqulovun sədrliyi ilə Müsavat Partiyası Gənclər Komitəsinin sədri Əbülfəz Sadıqbəylinin şikayətini təmin etməyib.
Sadıqbəyli məhkəmədən bəraət istəyib.
“Cinayət işində ən böyük zərər çəkən mənəm. Amma, mənə cəza verilib, günahkarlar bəraət alıb,” Sadıqbəyli deyib.
Dövlət ittihamçısı Müstəcəb Əliyev ittihamın məhkəmədə sübut oldunduğunu və hökmün qüvvədə saxlanılmasını istəyib. Beləliklə, məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Əbülfəz Sadıqbəyli Apellyasiya Məhkəməsinin qərarı ilə razı deyil və kassasiya şikayəti verəcəyini bildirib.
2018-ci il noyabrın 21-də Bakının Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəylinin barəsində həbs qətimkan tədbiri seçib.
Sadıqbəyliyə Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham verilib.
O, “Nikoil” bankın adından saxta sənəd hazırlayıb, ondan istifadə etməkdə suçlanır. İttihama görə, gənc fəal bankın kreditilə aldığı “Niva” markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edir.
Müsavat Partiyasının fəalı ittihamı qəbul etmir. Müsavat Partiyası da bəyanat verərək həbsin siyasi motivlərlə gerçəkləşdirildiyini bəyan edib.
Bakının Qaradağ rayon Məhkəməsi hakim Fuad Hüseynovun sədrliyi ilə martın 6-da Əbülfəz Sadıqbəyli barəsində seçilmiş həbs qətimkan tədbirini 1 il 6 ay müddətinə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə əvəz edib. O, məhkəmə zalında azadlığa buraxılıb.
Amerikaninsesi.org
Paylaş:

Share

Son Əlavələr

“MƏN OXUDUM, SƏN DƏ OXU!” – FOTO/VİDEO

Son vaxtlar uşaq və gənclərin ənənəvi mütaliəyə meyli azalıb. Onların getdikcə kitab oxumaqdan uzaq düşməsi şübhəsiz ki, cəmiyyətə yaxşı heç…

23 May 2019 1:13 axşam

“HAQQINA SAHİB ÇIX!” kampaniyası çərçivəsində jurnalistlər üçün təlim olacaq-31 may-02 iyun!

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən təşkil olunan “HAQQINA SAHİB ÇIX!” KAMPANİYASI çərçivəsində jurnalistlər üçün reproduktiv sağlamlıq və hüquqlar…

23 May 2019 11:44 səhər

Qəbul imtahanında maksimum bal yığan abituriyentin kimliyi məlum olub-FOTO

Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyinin şagirdi Tofiq Muxtasanov I ixtisas qrupu üzrə qəbul imtahanında maksimum nəticə əldə edib.…

23 May 2019 11:23 səhər

Türkiyə uğrunda böyük savaşın yeni raundu-23 iyun seçkiləri

Ergün Diler “Takvim”, Türkiyə, 21 may 2019-cu il   Bəzi ağıllı insanlar, ailələr və mərkəzlər var ki, dünyanın gedişatını dəyişdirmək…

23 May 2019 11:07 səhər

“Eurovision-2019″da səslər yenidən sayıldı: Azərbaycan 8-ci yerə düşdü

İsrailin Tel-Əviv şəhərində keçirilən “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları tamaşaçı səslərinin nəticələrini yenidən hesablayıblar. Bu barədə Avropa Yayım Birliyi (EBC)…

23 May 2019 11:04 səhər

Fuad Abbasov mayın 28-dən öncə ekstradisiya oluna bilər: Vəkilindən son məlumat

“Fuad Abbasov mayın 28-dən öncə Azərbaycana ekstradisiya edilə bilər”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri…

23 May 2019 11:01 səhər
Xural.COM