Müsavat Gənclər Təşkilatına yeni sədr seçilib

Müsavat Partiyasının Gənclər Təşkilatının VII konfransı baş tutub.

“Report”un xəbərinə görə, konfransda təşkilat sədrliyinə seçki keçirilib.

Səsvermənin nəticələrinə əsasən, Elman Quliyev Müsavat Partiyasının Gənclər Təşkilatının sədri seçilib.

E.Quliyevdən əvvəl sədr Əbülfəz Sadıqbəyli olub. O, partiya Nizamnaməsində qeyd edilən yaş məhdudiyyətinə görə istefa verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button