Müsavat Partiyası müstəqil vəkillərin fəaliyyətinin dayandırılmasını pisləyir

Müsavat Partiyası son vaxtlar müstəqil vəkillərin fəaliyyətinin dayandırılması hallarını pisləyən bəyanat yayıb.

Bəyanatda Azərbaycanda ədalətli məhkəmə sisteminin olmadığı deyilir, hakim və ittihamçılar bütövlükdə ölkəni təkbaşına idarə edən iqtidarın təmsilçiləri adlandırılır.

Sənəddə deyilir ki, məhdud sayda müstəqil vəkillərin olması belə hakimiyyəti narahat edir və zaman-zaman belə vəkillərin siyasi sifariş əsasında qanuni fəaliyyətindən uzaqlaşdırılması bu narahatlıqdan yaranır.

“Son günlər Vəkillər Kollegiyası yenə də siyasi sifarişlə müstəqil mövqeli az saylı vəkillərdən ikisi – müsavatçılar Nemət Kərimli və Əsabəli Mustafayevin vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərar verib”, -bəyanatda hər iki vəkilin fəaliyyətinin dayandırılması belə dəyərləndirilir.

Müəlliflər müstəqil vəkillərin fəaliyyətini məhdudlaşdıran belə qərarları hakim klanın müstəqil hakimiyyətin qolu olan məhkəmə sistemi üzərində nəzarəti əlində cəmlənməsi sayaraq pisləyir.

Sənəd müəllifləri müstəqil vəkillərin fəaliyyətinin dayandırılması ilə bağlı qərarları da pisləyir və bu qərarların ləğvini tələb edirlər.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button