Müsavat Partiyasında axtarış…

isa qəmbərİsa Qəmbər deyib ki, əməliyyatçılara nə lazımdırsa, verilsin

Müsavat Partiyasında axtarış aparılır. Bu barədə musavat.com-a “Yeni Müsavat”ın həmin vaxt partiyada olan əməkdaşı xəbər verib. Onun sözlərinə görə, Müsavatın qərargahına gələnlər Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarıdır. Axtarışa Bakı şəhər prokurorluğundan prokuror Cavid Abbasov rəhbərlik edir. Axtarışın 2 aprel cinayət işi ilə bağlı olduğu bildirilib.

Əməliyyatçılar onlara İctimai Palataya aid sənədlərin lazım olduğunu bildiriblər. Müsavat başqanı İsa Qəmbər deyib ki, əməliyyatçılara nə lazımdırsa, verilsin, axtarışa ehtiyac yoxdur.

Hazırda onlar sənədlərin onlara verilməsini gözləyirlər. Əgər onlar qane olmasalar, axtarışı davam etdirəcəklər.

Məsələ ilə bağlı Baş prokurorluqla əlaqə saxladıq. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Qafqazinfo”ya Müsavat Partiyasında axtarış aparılması ilə bağlı faktı təsdiqləyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button