Müsavat Partiyasından “Xural”a dəstək bəyanatı

isa qəmbərMüsavat Partiyası “Xural” qəzetnə təzyiqlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Hakimiyyətin mətbuata qarşı repressiyaları günbəgün güclənməkdədir. Son günlər “Xural” qəzeti ciddi təqiblərlə, təzyiqlərlə üzləşib. Qəzet gündəlik nəşrə başlayandan sonra ona qarşı müxtəlif təxribatlar həyata keçirilir. “Xural”ın əməkdaşı Aydın Canıyev bu yaxınlarda həbs edilib. Dünən isə qəzetin bütün əmlakı məhkəmə icraçıları tərəfindən müsadirə olunub. Mətbəələr “Xural”ı nəşr etməkdən imtina edib. Bütün bunlar göstərir ki, əslində qəzetə qarşı hakimiyyət tərəfindən məsədyönlü repressiya kampaniyası başlayıb.

Müsavat Partiyası “Xural” qəzetinə qarşı həyata keçirilən bu təqib və təzyiq kampaniyasını qətiyyətlə pisləyir və hakimiyyətdən qəzetin normal fəaliyyəti üçün şərait yaratmağı tələb edir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button