Müsavat Partiyasının aksiyasına icazə verilmədi

Arif Hacılı: ”Sərbəst toplaşma azadlığı başqa hüquqların pozulması bəhanəsi ilə məhdudlaşdırıla bilməz”

 

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının martın 10-da keçirmək istədiyi yürüş-mitinqə icazə verməyib.

İcra hakimiyyəti cavab məktubunda bildirib ki, qeyd olunan vaxtda marşrutlar boyu nəqliyyat vasitələrinin həddindən artıq sıxlığı müşahidə olunur.

“Həmin marşrutlarda yürüşün keçirilməsi üçün yolların bağlanması tələb olunur. Bu isə vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına gətirib çıxaracaq”.

Müsavat Partiyasının başqanı Arif Hacılı icra hakimiyyətinin məktubuna “Facebook” səhifəsində münasibət bildirib.

O yazıb ki, onlar bir neçə məkan göstərməklə hakimiyyətin bəhanəsi kəsmək istəyib:

“Ancaq alınmadı. Bakı Şəhər İcra Hakimiyyətinin cavabı qanunsuz və əsasdır. Yürüş üçün müraciət etdiyimiz küçələr (Həsən bəy Zərdabi, S.S. Axundov) Bakının mərkəzi küçələri, Dərnəgül metrostansiyası yanındakı meydan və Məhsul stadionu isə şəhərin mərkəzi meydanları deyil”.

cavab məktubu

Cavab məktubu

 

A.Hacılının fikrincə, ümumiyyətlə sərbəst toplaşma azadlığı həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüquq normalarına görə başqa hüquqların (istirahət hüququ, nəqliyyatın sıx olduğu küçə) pozulması bəhanəsi ilə məhdudlaşdırıla bilməz.

“Sərbəst toplaşma azadlığı söz və ifadə, seçmək və seçilmək azadlıqları kimi prioritet insan haqlarına aiddir”.

Sərbəst toplaşma azadlığı və digər azadlıqlar uğrunda mübarizəmiz sonadək davam edəcək!”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button