Müsavat Partiyasının iki gənc fəalı saxlanılıb

01.02.2012

Yanvarın 31-də axşam Səbayel rayon 9-cu polis bölməsinin əməkdaşları Müsavat Partiyasının gənc fəalları Tural Hacıbəylini və Amid Süleymanovu saxlayıblar. Bu barədə Turan-a Müsavat Partiyasındakı mənbələr məlumat verib. Səbayel polisindən faktı təsdiqləyiblər, lakin saxlanmanın səbəblərini açıqlamayıblar.

T.Hacıbəylinin atası Vaqif Hacıbəyli bildirib ki, gəncləri “İçərişəhər” metro stansiyasının yaxınlığında saxlayıblar. Saxlanmanın səbəbləri barədə onların ailələrinə məlumat verilməyib. DİN mətbuat xidmətindən Turan-a bildirilib ki, saxlanılan şəxslər sərxoş vəziyyətdə olublar və kiçik xuliqanlıq törədiblər. Belə ki, İran səfirliyinin qarşısındakı işıq plafonlarını sındırıblar. Onlar rayon məhkəməsinə göndəriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən qərar qəbul olunacaq.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button