Partiyanın qurultayı oktyabrın 13-də keçiriləcək
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının “Büllur” şadlıq sarayında IX qurultayının keçirilməsi haqda müraciətinə cavab verib.
Bu barədə başqanlığa namizəd Arif Hacılı oktyabrın 9-da partiya qərargahında keçirilən debatda açıqlama verib. O bildirib ki, “Büllur” sarayı ilə qurultayın keçirilməsi barədə yaranan anlaşılmazlıq aradan qaldırılıb və qurultayın vaxtı oktyabrın 13-nə təyin olunub.
Oktyabrın 7-də Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə 12 oktyabrda keçirmək istədikləri IX qurultayına yer üçün müraciət etmişdi. İcra hakimiyyəti “Büllur” şadlıq sarayında tədbirin keçirilməsinə razılıq versə də, sonradan sarayın sahibi fikrini dəyişmişdi.
Müsavat Partiyasının başqanlığına 3 nəfər namizədliyini irəli sürüb. Hazırkı başqan Arif Hacılı, məclis üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqublu.
Müsavat Partiyası 1911-ci ildə Məmməd Əmin Rəsulzadə və milli demokratiya ideoloqları tərəfindən təsis edilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra partiya öncə gizli, sonradan siyasi mühacirətdə fəaliyyət göstərib.1992-ci ildə Azərbaycanda Müsavat Partiyasının fəaliyyəti bərpa edilib. Xalq Cəbhəsinin liderlərindən biri, parlamentin o zamankı spikeri İsa Qəmbər partiyanın sədri seçilib və 2014-cü ilə qədər ona rəhbərlik edib. Nizamnamədə sədrlik müddətləri üçün qoyulan məhdudiyyətlərə əsasən, İsa Qəmbər başqanlıq üçün namizədliyini irəli sürməyib. 2014-cü ildə keçirilən qurultayda Arif Hacılı partiyanın yeni sədri seçilib.
Ermənistanda xüsusilə rusiyapərəst müxalifətin təmsilçiləri Qarabağ Müharibəsindəki acı məğlubiyyətin əvəzinin çıxılmasına dair revanşist fikirlər səsləndirdikləri halda, bunun ermənilər üçün ölüm…
Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib. Unikal.org-a açıqlama verən B.Səfərov insanlarının onun haqqında…
Yanvarın 14-də KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli məhkəmə qərarı ilə həbs edilib. Ona qarşı Cinayət…
Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ilin 13 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının…
Bu günİslamabadda Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşinin dəvəti və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud…
Azərbaycan Mərkəzi Bankı yeni inzibati binanın tikintisi ilə bağlı Türkiyənin "Tekfen İnşaat" şirkəti ilə müqavilə imzalayıb. Unikal.org xəbər verir ki, bu…