Müsavat Rəsulzadənin abidəsi önündə bayram mitinqi keçirdi

Mitinqin aparıcısı Müsavat başqanın müavini Səxavət Soltanlı Azərbaycanın dövlət himni ilə tədbiri açıq elan etdi.

Mitinqdə, Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Müsavatın Məclis sədri Nüşabə Sadıxlı, Divan üzvləri Yadıqar Sadıqov və Vəfa Cümşüdlü, başqanın müavini Osman Kazımov, istiqlalçı millət vəkili İsgəndər Həmidov, Rəsulzadə irsinin araşdırmaçısı Yasəmən Qaraqoyunlu və digərləri çıxış etdilər.

Çıxışlarda müsavatçılar və bütün cumhuriyyətçilər İstiqlal bayramı münasibəti ilə təbrik edildi. Milli müstəqilliyimizin Rəsulzadə və onun silahdaşlarının zəhmətlərinin bəhrəsi olduğu qeyd edildi.  Bildirildi ki, İstiqlala nail olmağımız və onu 70 illik sovet işğalından sonra bərpa etməyimiz xalqımızın azadlığa, demokratiyaya olan münasibətinin göstəricisi, xalqımızın yetkinliyinin nəticəsidir.

Bu gün ölkəmizdə hökm sürən irticanın aradan qaldırılacağına, demokratik mübarizənin qələbə ilə başa çatacağına, Azərbaycan xalqının öz mütəqilliyinə nail olduğu kimi, həm də azad və ədalətli cəmiyyət quracağına inam ifadə edildi.

İ.Qəmbər çıxışında «Cümhuriyyət qurucularına borcumuzu ödəməliyik» dedi. O, mübarizəni davam etdirəcəyinə and içdi. Onunla bərabər meydandakılar da and içərək daha sonra «Azərbaycan» şüarını səsləndirdilər.

Bayram mitinqində məktəbli Humay Əlilinin ifasında Məmməd Arazın “Ayağa dur, Azərbaycan!” şeiri səsləndirildi.

Daha sonra Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən açıq şahmat turnirinin qaliblərinə mükafatlar təqdim edildi.

Mitinqdən sonra müsavatçılar öndərin abidəsi önündə xatirə şəkilləri çəkdilər.

Müsavatçılar bü gün həmçinin Fəxri Xiyabanda milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button