Müsavatçının günlərdir itkin düşdüyü bildirilir

Azərbaycanda müxalif Müsavat Partiyasının fəalı Natiq Mehdinin (Ulubəy) yoxa çıxdığı deyilir.

Bu barədə partiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, N.Mehdi mayın 10-da yaşadığı Bakı şəhərində öz şəxsi avtomobili ilə birlikdə yoxa çıxıb, onun haqqında məlumat almaq mümkün deyil: “Yaxınları məsələ ilə bağlı 37-ci polis bölməsinə ərizə ilə müraciət ediblər. Biz də məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq, amma, hələlik, heç bir məlumat yoxdur. Onun telefonuna da zəng çatmır”.

Bu deyilənlərə hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

N.Mehdi Müsavat Partiyasının başqanlığına öz namizədliyini irəli sürmüşdü, qurultaya bir neçə gün qalmış namizədliyini geri götürmüşdü.

Müsavat Partiyasının qurultayı mayın 4-də olub. Orada 1992-ci ildən 2014-cü ilə qədər bu partiyaya rəhbərlik edən İsa Qəmbər yenidən Müsavat başqanı seçilib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button