Müsavatdan Siyavuş Novruzova cavab: “Əzrayılın uşağımla işi olmasın yetər”

Əməliyyat olunan Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərlə bağlı yayılan məlumatlara Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bizimyol.info-ya açıqlamasında aydınlıq gətirib.

O, bildirib ki, İsa Qəmbərin vəziyyəti hazırda normaldır: “Dünən ziyarət etmişəm, bu gün də ziyarət edəcəm. O, iki gündən sonra xəstəxanadan çıxacaq”.

G.Aslanlı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun İsa Qəmbərlə bağlı verdiyi açılamaya da cavab verib: “Xalq arasında belə bir məsəl var. Bir nəfərə deyirlər ki əzayıl uşaq paylayır sən də istəyirsən? O da cavabında “əzrayılın uşağımla işi olmasın yetər” deyir. Siyavuş Novruzova mən bu cavabı verərdim. S.Novruzov kiçik məsələni böyük problem kimi ictimaiyyətə çatdırmaq istəyir. Tam səmimi deyirəm ki İsa Qəmbərin səhhətində ciddi problemi yoxdur. Səhhətində ağır problem olarsa, məncə o kiməsə müraciət etməz. Biz müsavatçılar onun problemini operativ həll edə bilərik”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button