Musavatın daha bir funksioneri partiyadan uzaqlaşdırıldı

Ellada Məmmədli
Ellada Məmmədli

Musavat partiyasının Divan üzvü Ellada Məmmədli partiyadan uzaqlaşdırılıb.

Bu haqda qərar “Musavat” partiyasının Xətai rayon şöbəsinin bu gün keçirdiyi iclasda verilib.

Xatırladaq ki, mayın 13-də müxalifət partiyasını fəalların böyük bir qrupu istefa verərək tərk etmişdi. Onlar rəhbərlik tərəfindən son günlər partiya sıralarından bir çox fəalların uzaqlaşdırılmasını pisləmiş və bu cür “neqativ proseslərə” etiraz əlaməti olaraq təşkilatdan istefa vermişdilər. Onlar partiyadaxilində antidemokratik havanın boğulmasına və rəhbərliyi tənqid edən musavatçılara qarşı münasibətin pisləşməsindən narahatlıqlarını ifadə etmişdilər. 

“Musavat” Partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin partiya sıralarından uzaqlaşdırılmasına gəlincə isə,  onun partiyadaxilində “dağıdıcılıq siyasəti aparması” iddiası hələ 5 gün əvvəl  Müsavat Partiyasının Divan üzvü Vəfa Cümşüdlü tərəfindən “Report”a açıqlamasında səsləndirilmişdi: “Ellada Məmmədli sədr kimi fəaliyyət göstərmir. O, Müsavat Qadınlar Birliyinin sədri olandan qadınların birliyi ilə deyil, dağıdıcılıqla məşğul olub”.

V.Cümşüdlü qeyd edib ki, E.Məmmədlinin işi Müsavata qarşı ifadə verməkdir: “Qadınlar Birliyinin fəaliyyəti çox zəifdir. Yəqin ki, müsavatçı qadınlar bununla bağlı fikirlərini açıqlayandan sonra sədrin fəaliyyətinə qiymət veriləcək. Dəfələrlə demişəm ki, Qadınlar Birliyinin fəaliyyəti bizi qane etmir.

Ona görə də həmin şəxslə bağlı Nizamnamə çərçivəsində tədbir görülməlidir”.

Ellada Məmmədli haqqında səsləndirilən fikirləri əsassız sayıb və özünün FB səhifəsində bu məsələyə belə münasibət bildirib: “Vəfa Cümşüdlünün kreslo davası….). Heyf Müsavat partiyasından, məqsədlilərin kreslo yanğısı keçmir ki, keçmir”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button