Müstəqil Xalq Partiyası pandemiya ilə bağlı xalqa müraciət etdi-MƏTN

Xural.com-a Müstəqil Xalq Partiyasının mətbuat xidmətindən “Pandemiyadan özünü və digərlərini qorumaq məqsədi ilə qoruyucu maskalardan istifadə olunması ilə bağlı Müstəqil Xalq Partiyasının xalqa müraciəti” adlı müraciət daxil olub. Partiyanın sədri Əflan İbrahimovun imzaladığı müraciətdə deyilir:

“Əziz həmvətənlərim, koronavirus pandemiyası yoluxma səviyyəsinə görə bütün dünyanı cənginə almaqla səhiyyə sistemini iflic vəziyyətinə salıb. Bütün dünya dövlətləri kimi Azərbaycan Respublikasında da bu bəladan qurtarmaq üçün dövlət tərəfindən görülən tədbirlər alqışlanır və hər birimiz dövlətin çağrışına dəstək olmalıyıq.

Bizim üzərimizə düşən vəzifə nədir – gigiyenik qaydalara əməl etmək, məsafə saxlamaq və qoruyucu maskalardan istifadə etmək. Gəlin bu sahədə Azərbaycan Respublikasının Konstitusiya aktı ilə müəyyən olunmuş vətəndaş vəzifələriimiz layiqincə yerinə yetirək.

Qoruyucu maskalardan istifadə edək. Günü-gündən artmaqda olan yoluxanların sayını azaldaq. Xalqımızı, dövlətimizi, gələcəyimizi qoruyaq. Tarixin bu sınağından şərəflə çıxaq. Bütün xalqımı bu çağrişa dəstək olmağa çağırıram. Bu, təcavüz altında qalan torpaqlarımızın azad olunması və gələcəyimiz ugrunda mübarizəmizin təminatına bir çağırışdır.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button