Müştəriləri intihar həddinə çatdıran bank hansıdır?

medya-nam

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin mart ayı üzrə banklar ilə bağlı analiz işini təqdim edir.

2016-cı ilin mart ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla bağlı 24040 xəbər yayılıb. Bu xəbərlərdən 9340-da konkret bank adı çəkilib. Bunlardan 8942-si neytral, 380-ı mənfi , 18-i isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”: Muğan Bank (111 xəbər – departament müdirinin qanunsuz əməlləri ifşa edilib), Bank of Azerbaijan (37 xəbər – şikayəti təmin olunmadi), Unibank Kommersiya Bankı (33 xəbər – müştərilərini intihar həddinə çatdırır).

Müsbət xəbərlər arasında liderlər: Unibank Kommersiya Bankı (14 xəbər – Unicapital İnvestisiya şirketi 1-ci oldu), DəmirBank (4 xəbər – Azərbaycan Bayraği mükafatına layiq görüldü).

Xəbər sayına görə sıralama:

  1. Azərbaycan Beynəlxalq Bankı                       1131 xəbər
  2. Unibank Kommersiya Bankı                          510  xəbər
  3. Kapital Bank                                                  472  xəbər
  4. Muğan Bank                                                      416  xəbər
  5. PAŞA Bank                                                      406  xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1489 xəbər dərc edilib – 242 xəbərdə konkret bank adı çəkilib. Bu xəbərlərdən 237 xəbər neytral, 5 xəbər isə mənfi xəbərdir. Qəzetlərdə mənfi xəbərlər arasında liderlər: Gəncəbank (2 xəbər – Mərkəzi Bank  Gəncəbankı  məhkəməyə verib), Bank of Azerbaijan (1 xəbər – Mərkəzi Bank lisenziyasi ləğv edilmiş daha bir banki məhkəməyə verib), Azərbaycan Beynəlxalq Bankı (1 xəbər – məhkəməyə verilib), Zaminbank (1 xəbər – Qazax əməliyyatı).

Xəbər sayına görə sıralama:

  1. Azərbaycan Beynəlxalq Bankı                       47  xəbər
  2. Paşa Bank                                                      20 xəbər
  3. Texnika Bank                                                   17 xəbər
  4. Unibank Kommersiya Bankı                          13 xəbər
  5. Ata Bank                                                        12 xəbər

Mart ayında televiziya kanallarında banklar haqqında 142 xəbər göstərilib. Bu xəbərlərdən 137 xəbər neytral, 5 xəbər isə mənfi xəbərdir. Televiziya kanallarında mənfi xəbərlər uç banka aid olub: Bank of Azerbaijan (2 xəbər – məhkəməyə verdilər), MuğanBank  (2 xəbər – vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub), Gəncəbank  (1 xəbər – Mərkəzi Bank tərəfindən məhkəməyə verildi).

Xəbər sayına görə sıralama:

  1. Kapital Bank                                                 27  xəbər
  2. Azərbaycan Beynəlxalq Bankı                      21  xəbər
  3. Muğanbank                                                   11  xəbər
  4. Qafqaz İnkişaf Bankı                                    10  xəbər
  5. Atrabank                                                       10  xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button