Müştərilərinə ödəmə etməyən sığorta şirkətləri…

sığorta şirkətləriAzərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin noyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Mərkəz sığorta şirkətləri ilə bağlı noyabr ayı üzrə məlumatları təqdim edir.

2015-ci ilin noyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 1093 xəbər yerləşdirilib. Bunlardan 1063 xəbər neytral, 30 xəbər isə mənfidir. Mənfi xəbərlər arasında liderlər: Bakı Sığorta (13 xəbər), Atəşgah Sığorta (7 xəbər), A-Qroup (4 xəbər) – mənfi xəbərlərin əsas mövzusu müştərilərə ödəmələrin ödənilməməsi ilə bağlıdır.

Xəbər sayına görə sıralama:

  1. Paşa Sığorta                                                                          150 xəbər
  2. Paşa Həyat Sığorta                                                               121 xəbər
  3. AzSığorta                                                                              94 xəbər
  4. Atəşgah Sığorta                                                                    73 xəbər
  5. Qala Həyat Sığorta                                                               55 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 35 xəbər dərc edilib. Bu xəbərlərdən 32-i neytral, 3-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Dövlət Sığorta Kommersiya Şirkəti (1 xəbər), Atəşgah Sığorta (1 xəbər), və Bakı Sığorta (1 xəbər) şirkətlərinə məxsusdur .

Xəbər sayına görə sıralama:

  1. Paşa Həyat Sığorta                                                               5 xəbər
  2. Atəşgah Sığorta                                                                    4 xəbər
  3. AzSığorta                                                                              4 xəbər
  4. Paşa Sığorta                                                                          3 xəbər
  5. ATA Sığorta                                                                         3 xəbər

Noyabr ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 3 xəbər göstərilib.

Bu xəbərlərdən 3-ü də neytraldır və Paşa Həyat Sığorta şirkətinə məxsusdur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button