Mustafa Şəntop “İmamzada”nı ziyarət edib

Türkiyə Böyük Mİllət Məclisinin sədri Mustafa Şəntop Gəncəyə səfəri zamanı “İmamzada” kompleksində olub. Xural.com xəbər verir ki, bu haqda M.Şəntopun özünün Tvitter hesabında yazıb. “Gəncədə Sevgili Peyğəmbərimizin soyundan, İmam Məhamməd Bağırın oğlu Şəhzadə İbrahimin məzarını ziyarət etdik. Deyilənlərə görə, bu müqəddəs qəbri ziyarət edən hər kimsə, Gəncədəki bütün evləri də ziyarət etmiş gibi hesab olunurmuş. Nə xoş bir hadisə oldu. Gəncədəki bütün qardaşlarımızı salamlayıram” – M.Şəntop yazıb. Ziyarətdə Mustafa Şəntopu Türkiyənin Gəncə şəhərində fəaliyyət göstərən konsulu və “İmamzada” kompleksinin axundu, QMİ-nin Qərb bölgəsinin rəhbəri Hacı Tahir Abbaszadə müşayiət edib.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button