Mütəllibovanın öldürdüyü şəxs Əvəz Zeynallının müəllimidir“

Bakıda eks-prezident Ayaz Mütəllibovun 19 yaşlı nəvəsinin törətdiyi yol qəzasında ölənlərin adları açıqlanıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Trend”ə verilən məlumata görə, sentyabrın 9-da, saat 12.30 radələrində Mərdəkan istiqamətində hərəkət edən 1992-ci il təvəllüdlü Mədinə Mütəllibova idarə etdiyi “Lexus” markalı avtomobillə Bakı şəhər sakinləri 1948-ci il təvəllüdlü Məhərrəm Hüseynov, həyat yoldaşı 1954-cü il təvəllüdlü Solmaz Hüseynova və nəvəsi, 2007-ci il təvəllüdlü Nihad Hüseynovu vurub.
Hadisə zamanı baba və nəvə həlak olub, Hüseynova isə ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanlarındakı mənbədən “Trend”ə bildiriblər ki, yol qəzasını törədən Mədinə Mütəllibova eks-prezident Ayaz Mütəllibovun kiçik oğlu Zaur Mütəllibovun qızıdır.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Trend-ə açıqlamasında Mədinə Mütəllibovanın Ayaz Mütəllibovun nəvəsi olduğunu təsdiqləyib. ASDP sədri bildirib ki, hadisə yerüstü piyada keçidinin yaxınlığında baş verib.

XuralTAC-a məlum olub ki, Ayaz Mütəllibovun nəvəsi Mədinə Mütəllibovanın yol qəzası nəticəsində vurduğu Məhərrəm Hüseynov qəzetimizin baş redaktoru Əvəz Zeynallının orta məktəbdə ən sevimli müəllimlərindən biri olub. Baş redaktor müəlliminin ölümündən dərin sarsıntı keçirdiyini bildirdi: “Bu harın qəza nəticəsində ölən insanın mənim sevimli müəllimim olduğunu yeni öyrəndim. Məhərrəm müəllim orta məktəbdə mənim rus dili müəllimim olub. Qaçqınçılıq hamı kimi onun da taleyinə yazılanda və hamılıqla Azərbaycana qovulanda mən hərbi xidmətdə idim. Yadımda gözəl xatirələrlə qalan, duzlu-məzəli zarafatları ilə bütün Ağbulaq kəndinin sevimlisi olan Məhərrəm müəllim həmişə xoş xatirələrlə anılacaq. Bu ağır faciəyə görə bütün dünyaya səpələnən ağbulaqlılara və Azərbaycana başsağlığı verirəm.”

 

XuralTAC

“Xural” qəzeti,

 il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. HACI İLQARIN QARDAŞI NƏCƏF ALLAHVERDİNİN , AMERİKANIN SİYONİZMƏ XİDMƏT EDƏN HANSI FONDUNUN AZƏRBAYCAN NÜMAYƏNDƏSİ SEÇİLDİ?
    Haci İlqar və qardaşı Nəcəf Allahverdinin Amerikdakı yahudi lobbiləri,Amerikada siyonistlər tərəfindən təsis edilən araşdırma fondları,Amerikanın CİA (MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ) bağlı araşdırma inistitutları ilə əməkdaşlıq etməsi və birgə layihələr üzərində işlməsi çox maraqlıdır.Sizcə özünü höccətu İslam və Müslimin titulu daşıyanların Amerika və siyonost sevgisi hardan qaynaglanır.Çox düşünürəm amma tapa bilmirəm.
    Hacı İlqar və qardaşı guya bilmirlər ki,Amerikadakı bu inistutlaırn çoxu siyonizmə xidmət edir və müsəlmanların qətli , müsəlmanların başlarına gətirilən min cür müsibətlər bu inistitutların hazırladığı hesabatlar əsasında həyata keçirilir.Suriya,Livan,Misir , Somali və sairə ölkələrdə bu inistutlar gitnələr şıxardır və qaətllər törədilir.Somalidə müsəlmanlar aclıq içərisində sürünmələri və müsəlmanların qanının axıdılması bu kimi inistitutların raporları nəticəsində həyata keçirlir.Guya Hacı İlqar və qardaşı Nəcəf bunu bilir?
    Bəs dəyərlər.org saytında Amerika və siyonizmə qarşı olduğunu vurğulamçaqla nə üçün dindarları aldatırsınız? Siyonizmə qarşı olanın siyonizmə xidmət edən inistutlarla nə işi ola bilər ki?
    Siyonizmə xidmət edən inistitutlarla əməkdaşlıq edən və onlarla layihələr işləyənlər görəsən axirətdə İmam Hüseynin üzünə necə baxacaqlar?Yoxsa deyəcəklər ki,ay imam biz əslində islama xidmət edirdik.Belə insanlara axirətdə İmam Hüseyin sizcə nə deyər?
    Deyirsiniz İmam Hüseyin zalıma qarşı ,zülmə qarşı vuruşdu ki,islam qələbə çalsın.Bəs sizİmam Hüseyin aşiqi olduğunuzu iddia edənlərin zalımların və dünyada müsəlman qanını axıdanlarla nə işiniz ola bilər? Yoxsa İmam Hüseyin adından öz çirkin məqsədləriniz üçün istifadə edir və bu ad altında maska geyirsiniz?Yoxsa Amerikadakı həmin siyonizmə xidət edən inistitutlar elə İslam inistitutlarıdır? Buna nə cavab verərdiniz? Çox maraqlı olardı ki, bütün dindarlar sizin açıqlamağınızı və özünüzə bəratə qazandırmanızı oxuyardılar.
    Nəysa qayıdım mətləbə.Hacı İlqarın təşəbbüsü və vasitəsi ilə qardaşı Nəcəf Allahverdi , Amerikada siyonizmə xidmət edən, CİA (MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ)-ilə ən yaxın əməkdaşlıq edən və CİA üçün –raportlar hazırlayan “KARNEGİ FONDUNUN” Azərbaycan nümayəndəsi seçilib.”KARNEGİ FONDUNUN” Azərbaycan ofsinin rəhbəri kimi xidmət göstərəcək.Azərbaycan,Gürcüstan ,Qazaxıstan,Türkmənistan və sairə respublikalarda araşıdırmalar aparacaq və “KARNEGI FONDUNUN” Waşinqtonda yerləşən mərkəzi ofisinə raport verəcək.Gələcəkdə həmin raportlar sayəsində Amerikada silah tacirləri və neft baronları həmin respublikalarda məlum olduğu kimi fitnələr çlxaracaq və siyonizm üçün yeni xidmət yollarını açacaq.Həmdə Amerikada hamıya məlumdur ki,”KARNEGİ FONDUNUN” dolayısı yolla İsrail Kəşfiyyatı “MOSSADLA”-da əlaqəsi vardır.
    İndi deyin görüm.Hacı İlqar və qardaşı Nəcəf ƏHLİ-BEYT aşiqləridir yoxsa Əhli Şeytan?
    Ay Hacı sənin ad san,şan şöhrət və mal dövlətə olan hərisliyin gör səni kimlərə xidmət etməyə yönləndirdi.
    Heç olamsa Livanda Hizbullahdan soruş ki,Livanda müsəlmanlar arasında çaxnaşma salan və Hizbullahın medya vasitəsi ilə ən çox mübarizə apardığı fond hansıdır? Bilirsən hansı? “KARNEGİ FONDU”-dur.
    Nəysə daha uzun uzadı yazmaq istəmirəm.Qoy dindarlar özləri qərar versinlər.Amma sənə deyim ki,dindarlar artıq sənin Amerika ilə əlaqəli olub ,Azərbaycanda şiyələr arasında baş qaldıran müqavimət hərəkatını susdurmaq üçün nələr etdiyini anlamağa başlayıblar.
    Sənin ifadənlə deyim.SİYONİZMƏ XİDMƏT EDƏN FONDUN PULUNU YEYƏNİN SƏNCƏ DURMU NƏDİR? ƏHLİ BEYT AŞİGİ YOXSA ƏHLİ-ŞEYTAN?
    HEÇ OLMASA CÜMƏ XÜTBƏLƏRİNDƏ ƏYNİVƏ GİYDİYİN İMAM LİBASINDAN UTAN.NƏ ÜÇÜN DİNDARLARI ALDADIRSAN.

    CARNEGIE ENDOWMENT
    http://carnegieendowment.org/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button