Müxalifət İctimai Palatada birləşir?

İP-in nizamnaməsi dəyişir, yeni qoşulacaq partiyaların sədrləri təsisçi olacaqlar

 Aldığımız məlumatlara görə, oktyabr ayının 20-də Azərbaycan müxalifətinin yeni tərkibdə formalaşdırılmasıyla bağlı qərar veriləcək. Məlumatlara əsasən, yeni birlik modeli ilə bağlı olaraq AXCP və Müsavat təkliflərini açıqlayıb. əlum olub ki, əslində müxalifətin birliyinə nail olmaq mümkündür. Bu barədə bizimlə söhbətində partiya sədrlərindən biri məlumat verərək deyir ki, təklif olunan birlik modelinin İctimai Palatada gerçəkləşdirilməsinin mexanizmləri üzərində iş gedir: «İsa Qəmbər konkret təklif edir ki, palatanın nizamnaməsində dəyişiklik edərək ADP, Ümid və ALP ilə birlikdə fəaliyyət göstərmək mümkündür. İsa Qəmbərin təkliflərinə əsasən, palatanın nizamnaməsində dəyişiklik edilə bilər və təsisçilər arasında yeni qoşulan partiyaların sədrləri də ola bilər. Bu məsələ artıq yekun müzakirələr mərhələsindədir və yaxın günlərdə qərarın rəsmiləşdirilməsiylə bağlı protokollar imzalanacaq».

Həmsöhbətimiz bildirir ki, həm İsa Qəmbər, həm də Əli Kərimli beş partiyanın bir arada olması üçün heç bir əngəlin olmadığını deyiblər. Lakin bir şərt ortada olub ki, Vətəndaş və İnkişaf Partiyası bu birlikdə olmasın. «Bu məsələ uzun müddət müzakirə edildi. İsa Qəmbər dedi ki, biz Lalə xanımın xahişi ilə Əli Əliyevi uzun müddət yanımızda saxladıq. Amma bundan sonra onunla heç bir formada əməkdaşlıq edə bilmərik. İlkin olaraq razılaşma əldə edildi. Artıq beş partiyanın bir araya gələrək İctimai Palatada təmsilçiliyi ilə bağlı ilkin mərhələdə ortada olan problemlərin heç bir mövcud deyil» deyə həmsöhbətimiz bildirdi.

Əlavə etdi ki, Demokrat Partiyasının xeyli sayda funksioneri İP-də təmsil olunurlar. Həmçinin KXCP-dən də kifayət qədər insan var ki, bu qurumdadırlar. «Bu baxımdan, mümkündür ki, ən yaxın zamanlarda KXCP-ni də palataya qoşaraq tam bir müxalifət birliyi modelini ortaya qoya bilək. Tək şərt ortadadır ki, bu birliyin hədəfi nədir. AXCP və Müsavatdan deyirlər ki, hələlik həbs edilən siyasi məhbusların azadlığı istiqamətində fəaliyyət göstərilsin. Lakin fərqli fikirlər də var. Fərqli mövqelərin biri də ondan ibarətdir ki, bu məsələ prioritet olaraq götürülsün. Bununla yanaşı, ilkin olaraq 2013-cü ilin prezident seçkiləri ilə bağlı məsələ, daha dəqiqi, vahid namizədlik məsələsi həllini tapsın və ardıcıl fəaliyyət proqramı təsdiqlənsin. Güman edirəm ki, bu müzakirə edilən məsələlərlə bağlı siyasi partiya liderləri arasında hər hansı bir fikir ayrılığı yoxdur və biz ən qısa zamanda sosial sifariş olan müxalifət birliyinin şahidi olacağıq» deyə həmsöhbətimiz bildirdi.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button