“Nəsimi poeziyasının bədii qiraəti” müsabiqəsi başa çatdı – Ağalar Bayramovun tələbəsi birinci yeri tutdu

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı, rektor Ceyran Mahmudovanın rəhbərliyi ilə ali məktəb tələbələri arasında 2 aydır keçirilən “İmadəddin Nəsimi poeziyasının bədii qiraəti” müsabiqəsi artıq başa çatıb.

Strateq.az xəbər verir ki, bu münasibətlə aprelin 20-də Beynəlxalq Müğam Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırma mərasimi və geniş konsert proqramı təşkil edilib.

Təşkil edilən təntənəli mərasimdə açıqlanıb ki, müsabiqədə birinci yeri tanınmış bədii qiraət ustası, Respublikanın Əməkdar artisti, “Səhnə danışığı” kafedrasının dosenti Ağalar Bayramovun “Dram rejissoru” ixtisası üzrə 4-cü kurs tələbəsi olan Ümüd Abbaszadə tutub.

İkinci yerə Respublikanın Əməkdar artisti, “Səhnə danışığı” kafedrasının dosenti Mahirə Yaqubovanın “Teatr və kino aktyoru” ixtisası üzrə 4-cü kurs tələbəsi Novruz Şahverdiyev çıxıb.

Üçüncü yerin qalibi isə yenə də Ağalar Bayramovun tələbəsi olub –  “Teatr və kino aktyoru” ixtisası üzrə I kurs tələbəsi Sabirə Abdullayeva.

Qalibləri təbrik edirik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button