Rubrikalar: MƏDƏNİYYƏT XuralTAC

“Nəsimi poeziyasının bədii qiraəti” müsabiqəsi başa çatdı – Ağalar Bayramovun tələbəsi birinci yeri tutdu

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı, rektor Ceyran Mahmudovanın rəhbərliyi ilə ali məktəb tələbələri arasında 2 aydır keçirilən “İmadəddin Nəsimi poeziyasının bədii qiraəti” müsabiqəsi artıq başa çatıb.

Strateq.az xəbər verir ki, bu münasibətlə aprelin 20-də Beynəlxalq Müğam Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırma mərasimi və geniş konsert proqramı təşkil edilib.

Təşkil edilən təntənəli mərasimdə açıqlanıb ki, müsabiqədə birinci yeri tanınmış bədii qiraət ustası, Respublikanın Əməkdar artisti, “Səhnə danışığı” kafedrasının dosenti Ağalar Bayramovun “Dram rejissoru” ixtisası üzrə 4-cü kurs tələbəsi olan Ümüd Abbaszadə tutub.

İkinci yerə Respublikanın Əməkdar artisti, “Səhnə danışığı” kafedrasının dosenti Mahirə Yaqubovanın “Teatr və kino aktyoru” ixtisası üzrə 4-cü kurs tələbəsi Novruz Şahverdiyev çıxıb.

Üçüncü yerin qalibi isə yenə də Ağalar Bayramovun tələbəsi olub –  “Teatr və kino aktyoru” ixtisası üzrə I kurs tələbəsi Sabirə Abdullayeva.

Qalibləri təbrik edirik.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Ziya Məmmədovun qardaşı oğlu Biləcəridə küçəni bağladı-İNSANLARI DA TƏHQİR ETDİ!

"Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsi, Finevi 61 ünvanında anormal hadisələr yaşanır. Buradan verilən əmrlə küçənin yolunu bağlayır, bizi saya salmırlar"…

2 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Dünyada 186 jurnalist koronavirus səbəbindən həyatını itirib

Son dörd ay ərzində 35 ölkədə azı 186 jurnalist koronavirus səbəbindən həyatını itirib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki,…

1 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Həkim Aydın Əliyev: “190 manat yardım alan şəxs testə görə 120 manatı necə ödəsin?”

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin…

1 İyul 2020
  • GÜNDƏM
  • MƏTBUAT
  • XuralTAC

AzTV-nin əməkdaşı koronavirusdan vəfat edib

AzTV dövlət telekanalının əməkdaşı Samir Nəcəfzadə koronavirus infeksiyasından vəfat edib. Bu barədə baş dövlət telekanalının mətbuat xidməti məlumat yayıb. O,…

1 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Daha 250 nəfər Dağıstanla sərhədi keçib

Rusiya hakimiyyəti Dağıstan-Azərbaycan sərhəddində səhra düşərgəsini daha bir ay saxlayacaq. Bu barədə Dağıstan rəhbəri Vladimir Vasilyev və Rusiya prezidenti Vladimir…

1 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Cinsi ayrı-seçkilik: 140 milyon “itirilmiş” qız…

BMT-nin Əhali Fondunun hazırladığı “Dünya Əhalisinin Vəziyyəti” adlı qlobal hesabatın builki sayı işıq üzü görüb. Xural.com xəbər verir ki, Fonddan…

1 İyul 2020
Xural.COM