Rubrikalar: GÜNDƏM MƏTBUAT XuralTAC

Nəşriyyat və qəzet redaksiyalarının nüsxələrini məcburi göndərəcəkləri kitabxanalar müəyyənləşib

Nazirlər Kabineti “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”nda dəyişiklik edib.

Musavat.com-un məlumatına görə, bu Qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlara, qəzet və jurnal redaksiyalarına, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələrinə və digər hüquqi şəxslərə şamil olunur.

Dəyişikliyə əsasən, dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) tərəfindən buraxdıqları çap məhsullarının 3 pulsuz məcburi nüsxəsinin göndəriləcəyi kitabxanalar konkret müəyyənləşib. Başqa sözlə, indiyə qədər qüvədə olan qərara əsasən, dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) tərəfindən buraxdıqları çap məhsullarının 3 pulsuz məcburi nüsxəsi 10 iş günü müddətində “Kitabxana işi haqqında” qanununun 15-ci maddəsinin birinci hissəsinin birinci bəndində göstərilmiş kitabxanalara və 2 pulsuz məcburi nüsxəsi həmin anunun 15-ci maddəsinin birinci hissəsinin ikinci bəndində göstərilmiş kitabxanalara göndərilməli idi.

Dəyişikliyə əsasən, dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) tərəfindən buraxdıqları çap məhsullarının 3 pulsuz məcburi nüsxəsi 10 iş günü müddətində Azərbaycan Milli Kitabxanasına və 2 pulsuz məcburi nüsxəsi Azərbaycan Respublikası Prezidentinin Kitabxanasına, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına, Azərbaycan Respublikasının Dövlət Elmi-Tibbi Kitabxanasına, Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasına, Respublika Elmi-Pedaqoji Kitabxanasına, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına göndərilməlidir.

Qeyd edək ki, Qaydaya əsasən, kitabxanaları məcburi nüsxələrlə təmin edən subyektlər aşağıdakılardır:

– dövlət nəşriyyatları;

– qeyri-dövlət nəşriyyatları;

– nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri;

– qəzet və jurnal redaksiyaları;

– nəşriyyat fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxslər.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Elçin Əfəndiyevin qızı bu məhkəməyə hakim təyin ediləcək

Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunacaq.  Unikal.org-un məlumatına görə, Humay Elçin qızı Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi…

28 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

Cəllad Qaregin Njdeyə Xocavənddə heykəl qoyuldu: erməni təxribatını darmadağın etmək lazımdır

Bu gün ermənilər hərbi qəhrəman hesab etdikləri faşist cəlladı Qaregin Njdeyə Xocavənd şəhərində heykəl ucaldıblar. Sosial medianın erməni sektorunda yayılan…

27 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

ABŞ Senatı Trampın impiçmentinin müzakirəsini təxirə saldı

ABŞ Senatı sabiq prezident Donald Trampın impiçmentinin müzakirəsini fevralın 9-a qədər təxirə salıb. Bu barədə “RİA Novosti” agentliyi bildirib. Qeyd…

27 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

21-ci ilin 26 yanvar tarixində Rusiya Federasiyasının Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. XİN-dən virtualaz.org-a bildirilib ki,…

27 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

Ramin Quluzadə nazir vəzifəsindən azad edildi

Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Xural.com xəbər verir ki, bu barədə Prezident İlham…

26 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

Nazir Əli Həsənovun oğlunu işdən çıxardı

Daxili işlər orqanlarında növbəti dəyişiklik olub. Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis…

26 Yanvar 2021
Xural.COM