Nə üçün məhz jurnalistlərə ev verildi?

Qulu Məhərrəmli22.07.2013

Filologiya elmləri doktoru, professor, teletənqidçi Qulu Məhərrəmli mətbuatda jurnalistlərin mənzillə təminatı ilə bağlı maraqlı fikirlər səsləndirib: 

“Bu məsələyə iki cür yanaşmaq olar. Məsələyə humanist nöqteyi-nəzərdən yanaşsaq, deməliyəm ki, ev alanlar bizim həmkarlarımızdır, neçə ildir ki, mətbuatda çalışan insanlardır. Onların içərisində bu mənzillərə həqiqətən də layiq olan insanlar var. Lakin peşə etikası və  jurnalistika prinsipləri baxımdan yanaşsaq dövlətdən ev almaq nə deməkdir? Nəyə görə ibtidai sinif müəlliminə ev vermirik, amma jurnalistə veririk? Jurnalistin cəmiyyətə xidməti çoxdur, yoxsa gözünün qarasını əridərək uşaqlara hərf öyrədən ibtidai sinif müəlliminin?  Bu baxımdan xeyli düşündürücü sualların olduğu şübhəsizdir. Məndən olsaydı, mən ilk növbədə ibtidai sinif müəllimlərinə, orta məktəb müəllimlərinə ev verərdim. Mən bu evləri tibb bacılarına, cərrahlara verərdim. Çünki onlar insanlara həqiqətən də xidmət göstərir, cərrahiyə otaqlarında qana batırlar”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button