Nərimanov rayon icra hakimiyyəti sahibkarları incidir

Mətbuatda bir çox məmurların sahibkarların fəaliyyətinə süni maneələr yaratması ilə bağlı məlumatlar yayımlanır.Azərbaycan prezidenti İlham Əliyevin ölkədə sahibkarlığın inkişafı məqsədilə yaradılan süni maneələrə etiraz olaraq bir çox hallarda icra hakimlərinə yönəlik xəbərdarlıqları da  nəzərə alınmır. Ki, bu da sahibkarlar arasında böyük narazılıqlara səbəb olur. Nəticədə ölkədə azad iqtisadiyyatın təməl daşları dağıdılır.

Ortodont-stomatoloq Şəfəq Allahverdi Nəcəfova son illər kiçik sahibkarlıqla məşğul olmağa qərar verib. Bunun üçün həyat yoldaşına məxsus evin bir hissəsini qanunun tələblərinə müvafiq olaraq özünəməxsus obyektə əlavə edib və “Dental” stomatoloji klinika yaradıb. Bu klinikanın həkimləri günün bütün saatlarında diş xəstələrinə xidmət göstərirlər. Ş.Allahverdiyeva vergi ödəyicisidir və fəaliyyətilə dövlətin büdcəsinə gəlir qazandırır. Bir müddət sonra klinikanın bütün sənədlərinin tam qaydasında olması üçün Nərimanov rayon icra hakimiyyətinə müraciət edərək, müvafiq sənədləş dirməni aparmağa başlayıb. Nərimanov rayon hüquq bölməsindən ona məsləhət ediblər ki, obyekt və ona bitişik olan mənzilin layihəsini çəkib, icra hakimiyyətinə təqdim etsinlər. Böyük zəhmət və xərc hesabına layihə də daxil olmaqla bir çox sənədləri hazırlayan sahibkar yenidən icra hakimiyyətinə\ üz tutub. Lakin bundan sonra da onu geri çeviriblər. Bu dəfə də bəhanə o olub ki, köhnə sənədlərə obyektə sonradan əlavə edilən mənzilin bir hissəsinin m”2 –i əlavə edilməyib. Ş.Nəcəfova təəccüblə bildirir ki, “bəs mən icra hakimiyyətinə nə üçün müraciət etmişəm ki? Elə mənə də icra hakimiyyətindən sonradan əlavə edilən m2 üçün sənəd lazımdır. Necə olur ki, Nərimanov rayonunda Sovet vaxtından qalma binaların birinci mərtəbəsində yaşayan bir çox vətəndaşlar, bu gün mənzillərinin bir hissəsini obyekt, bir hissəsini yaşayış yeri kimi istifadə edirlər və Nərimanov icra hakimiyyəti bunu qanuniləşdirir. Lakin bizim müraciətlərimiz “qanunsuz” hesab olunur?”

Ş.Nəcəfovanın həyat yoldaşı, sahibkar Ə.Nəcəfov hesab edir ki, əgər bütün qanuni sənədlər hazırlanaraq icra hakimiyyətinə təqdim olunubsa və bütün bunlara baxmayaraq yenə də bürokratik əngəlləri keçə bilmirlərsə, deməli Nərimanov rayon icra hakimiyyətinin başqa “məqsəd və tələb”ləri var.

Qeyd edək ki, kiçik sahibkar Ş.Nəcəfovanın şikayəti əsasında hazırlanan videoreportajda bildirilir ki, Heydər Əliyev prospekti 99 D ünvanında yerləşən “Dental klinika”nın sənədlərinin qaydasına salınması üçün Nərimanov rayon icra hakimiyyəti əlindən gələn bütün süni maneələrdən istifadə edərək, qarşısını alır, sahibkarı incidir.

Qeyd edək ki, Heydər Əliyev prospektində olan bu binada bir müddət əvvəl üzləşdirmə işləri aparılıb və “çıxıntılı binalar kateqoriyası”na daxil edilib.

Xural TV-nin “Sos Medium” layihəsində iş adamı Şəfəq Allahverdi Nəcəfova və sahibkar Ələkbər Nəcəfov Nərimanov rayon icra hakimiyyətində müraciətlərinə baxılmadığını və bununla da iş fəaliyyətlərinin davam etməinə süni maneələr yaradıldığını bildirir:

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button