“Xural” qəzetinin redaksiyasıyasındakı əmlak siyahıya alınır…

13.05.2011

16:32

Mayın 13-də redaksiyanı bir daha ziyarət edən Nərimanov məhkəməsinin icraçıları redaksiyada olan kompyuterlər də daxil bütün əmlakı siyahıya almağa başlayıblar. Xatırladaq ki, bundan 1 gün əvvəl redaksiyaya gələn icraçıların verdiyi məlumata görə, Əvəz Zeynallının adına bütün bank hesablarının, daşınmaz əmlakının olub-olmaması araşdırılıb. BuAzərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «Xural»ı məhkəməyə verərək, ona qarşı qaldırdığı 10 min manatlıq iddiası Nərimanov rayon məhkəməsi tərəfindən dəyişdirilmədən tam təmin edəndən sonra qəzetin maddı durumu nəzərə alınmadan məhkəmə icraçıları redaksiyaya gələrək cərimənin tam təmin olunmasını tələb ediblər. ndan sonra Ə.Zeynallının qeydiyyatda olduğu mənzildə araşdırma aparılıb. Mənzilin Ə.Zeynallınin qayınatasına aid olduğu aktlaşdırılıb.  Əvəz Zeynallının adında olan mal və mülkü siyahıya almağa başlayıblar. İcraçılara o da məlum olub ki, qəzetin dərc olunduğu nəşriyyata da uzun müddətdir ki, borcu var və qəzet onu ödəmək iqtidarında deyil. Buna baxmayaraq, icraçılar bu məsələ ilə bağlı müxtəlif dövlət orqanlarına sorğu göndəriblər.

Onu da qeyd edək ki, Ramiz Mehdiyevin, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərovun məhkəmələri, birinin 10.000 manatlıq, digərinin 5.000 manatlıq cərimələri, eyni zamanda müğənnicik Nüşabə Ələsgərlinin və Prezident yanında «Azərbaycan» Nəşriyyatının direktoru Ağabəy Əsgərovun 2007-ci ildə olmuş və artıq unudulmuş məhkəmə qərarları yenidən gündəmə gətirilib. Qəzetdən dərhal bu cərimələri ödəmək tələb olunub.  Nüşabə Ələsgərlinin və Prezident yanında «Azərbaycan» Nəşriyyatının direktoru Ağabəy Əsgərovun cərimələri ödənsə də, Ramiz Mehdiyevin tələb etdiyi məbləğın böyük olduğunu diqqətə çatdıran “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı müstəqil mətbuatın bu qədər ağır cərimələri ödəmək iqtidarında olmadığını bir daha xatırladıb. Əvəz Zeynallı bu hadisəni müstəqil mətbuata qarşı təzyiq kimi qiymətləndirib: “Ramiz Mehdiyevin timsalında hakimiyyət azad mətbuatı cərimələrlə susdurmağa və fəaliyyətini dayandırmağa məcbur edir. Çünki bu hadisə son 15 ildə mətbuata qarşı baş verən təzyiq və təhdidlər içərisində anoloqu olmayan bir hadisədir

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button