Nadir Orucova qarşı təzyiqlər başlayıb

Nadir Orucov

19.10.2012

Hakimlər şəkər xəstəsi Nadir Orucovun məhkəmə prosesində məcburən iştirak etməsində israrlıdırlar.

 Bu il iyunun 8-də Bakının Nəsimi rayonunda yerləşən ofisdə Gəncə şəhər sakini, iş adamı Rövşən Rüstəmovu tapança ilə qətlə yetirən Nadir Orucovun məhkəmə prosesi başlayıb. R.Rüstəmov 1993-cü ildən 1998-ci ilə qədər Dövlət Xüsusi Mühafizə Xidmətində baş leytenant kimi çalışıb, sonradan “Rövşən” tikinti şirkətini yaradaraq onu idarə etməyə başlayıb. Hadisə külli miqdarda borc pulun qaytarılmamsı səbəbindən baş verib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayıliovun sədrliyilə N.Orucovun işinə baxılır. Prosesdə iştirak etmək iqtidarında olmayan, ağır şəkər xəstəliyindən əziyyət çəkən Nadir Orucovun məhkəmə zamanı vəziyyətinin dəfələrlə pisləşməsinə baxmayaraq hakim işin davam etdirilməsini israrla həyata keçirir.

Bu günlər Bakı İstintaq Təcridxanasının  Tibb Sanitar hissəsinin rəisi vəzifəsini icra edən, tibb xidməti mayoru Qurban Hüseynovun Nadir Orucovun səhhhətilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılova məktub ünlanlayır. Məktubda bildirilir ki, “Hazırda BİT-də saxlanılan təqsirləndirilən şəxs Orucov Nadir Oruc oğlu xəstəlik əlamətlərinin kəskinləşməsilə əlaqədar 08.10.2012-ci il tarixdə “Ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz; hipertoniya xətəliyi III dərəcə; Şəkərli diabet II tip, insulindən asılı forma, ağır gedişli” diaqnozu ilə müayinə və müalicə üçün Tibb-sanitar hissəsinin stasionarına yerləşdirib. Hal-hazırda təqsirləndirilən şəxs N.Orucovun arterial qan təzyiqi 180/110 mm c.st., qanında şəkərin miqdarı 32.9 mmol/l (norma 4.4-6.6 mmol/l) həddindədir və xəstəliyilə əlaqədar olaraq o, 16.10.2012-ci il tarixində həkim müşayətilə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilir”.  Buna baxmayaraq, məhkəməyə məcburi qaydada, qanunun tələblərinə riayət olunmadan gətirilən Nadir Orucovun vəziyyəti proses başlayar-başlamaz pisləşir. Oktyabrın 16-da saat 14.05 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsinə çağrılan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibb Yardımı Stansiyası Sahə həkiminin verdiyi xəbədarlıq vərəqəsində 57 yaşlı Nadir Orucovun qanda şəkərinin 594 mmol/l olması ilə bağlı arayış verilir. Bu arayış xəstənin vəziyyətinin məhkəməyə çıxmaq iqtidarında olmamasından xəbər verir. Çünki normal halda qanda şəkərin 3.3 mmol/l-6.1mmol/l (59-110 mq%) arasında olmasınabaxmayaraq N.Orucovun vəziyyəti bundan qat-qat artıq həddi keçir. Belə bir göstərici isə, insanın şüurlu vəziyyətdə özünü idarə edə bilməməsinə gətirib çıxarır.

Məhkəmədə öz hüquqlarını müdafiə etmək üçün kifayət qədər sağlam olmadığını bəyan edən və sağlamlığının bərpa olunması səbəbilə təkidlə məhkəmələrin müddətinin təxirə salınmasını tələb edən Nadir Orucova qarşı məhkəmə heyəti tərəfindən kəskin təpkilər göstərilir və heç nəyə baxmayaraq məhkəməyə çıxması üçün məcbur edilir. Nadir Orucov ona qarşı olan belə bir aqressiv vəziyyəti “xüsusi tapşırıq”la əlaqələndirir: “Yoxsa hakimlərin tez, tələm-tələsik məhkəmə prosesini başa çatdırmaları üçün, tez qərar çıxarmağa çalışmalarına nə lüzum var? İmkan versinlər, özümə gəlim, sonra da məhkəmə qarşısına çıxaram” deyir.

Məlumat üçün bildirək ki, Nadir Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairəsindən deputatlığa namizəd olub. O, “Zivər Nadir” MTK firmasının baş direktoru, sahibkardır. Bundan başqa,  2008-ci il iyun ayının 21-23 Belçikanın Brüssel şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresinin (DAK) X Birlik Qurultayında DAK-ın Azərbaycan nümayəndəliyinin sədri seçilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button