Nadir şahın qılıncı oğurlandı

Dağıstanın Kubaçi kəndində muzeydən 90 qiymətli eksponat oğurlanıb.
Xural.com-un APA-ya istinadən məlumatına görə, “Kubaçi İncəsənət Kombinatı”ndan oğurlanan eksponatlar arasında Azərbaycan və İran şahı Nadir şahın qiyməti “qara bazar”da 1-2 milyon dollardan başlayan qılıncı, o cümlədən qədim daması da var.
Dağıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, naməlum şəxs giriş qapısını qıraraq muzeyə daxil olub. Qiymətli eksponatların saxlandığı muzeydə siqnalizasiya sistemi, o cümlədən peşəkar mühafizəçilər olmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button