Namizəddən Məzahir Pənahova: “Bundan sonra ayağınız Zaqatalaya düşsə, qovacağam”

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 110 saylı Zaqatala Seçki Dairəsi üzrə namizəd Nurlana Cəlillə MSK sədri Məzahir Pənahov arasında gərginlik yaşanıb.

Nurlana Cəlil MSK-nın çıxardığı qərara kəskin etiraz edib.

O, MSK sədrinə, katiblərə və qurumun üzvlərinə bunu bildirib: “Şəxsən bundan sonra sizlərdən birinin Zaqatalaya ayağı düşsə, qovacağam”.

Qeyd edək ki, MSK-nın qərarı ilə adıçəkilən dairənin iki məntəqəsinin nəticələri etibarsız sayılıb /Oxu.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button