Nar Mobile abunəçiləri abunə haqqı ödəmədən bütün Azərbaycanla vahid qiymətə danışa biləcəklər

15 avqust 2011-ci il tarixindən etibarən yeni Ölkəm /Asan tarifi istifadəçilərin  ixtiyarına verilir. Bu tarifə qoşulan hər bir abunəçi ölkədaxili bütün istiqamətlərə dəqiqəsi cəmi 7 qəpiyə danışacaqlar.

Ölkəm/Asan tarifinin qiymət cədvəli:

Xidmətlər Qiymət (qəpiklə)
Şəbəkədaxili zəngin 1 dəqiqəsi 7
Şəbəkəxarici zəngin 1 dəqiqəsi 7
Video-zəngin 1 dəqiqəsi 7
SMS 5
MMS 5
Data trafiki (200 KB) 5
Mobil TV (1 MB) 10

 

Ölkəm/Asan tarifinə qoşulmaq üçün telefonun ekranında *777#231#YES şifrəsini yığmaq və ya Olkemasan yazaraq 777 nömrəsinə mesaj göndərmək kifayətdir.

Ölkəm/Asan tarifi çərçivəsində Bomba, SMS və Xoş Saatlar paketlərini sifariş etmək olar. Bu tarifə qoşulan abunəçilər bir Sevimli Nar nömrəsi seçıb onunla saatı cəmi 7 qəpiyə danışa bilərlər.

Edilən bütün zənglərin birinci saniyəsi pulsuzdur. Bütün zənglər üçün hesablama intervalı 12 saniyədir.

Daha ətraflı məlumat üçün www.narmobile.az saytına daxil olun.

 

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button