“Nardaranda həlak olan mülki şəxslərin meyitləri hələ verilməyib”

get_img

“Kəndə hələ də qaz və işıq verilməyib”

Noyabrın 26-da Nardaranda baş verən hadisələr zamanı həlak olan mülki şəxslərin meyitləri hələ ailələrinə verilməyib. Bu haqda “Turan İA”-a kənd ağsaqqalı Natiq Kərimov bildirib.

Onun sözlərinə görə, həmin meyitlər Həzi Aslanov metrosunun yaxınlığındakı 7 saylı xəstəxananın morqunda saxlanılır. “Bir neçə gün öncə meyitlərin dəfn edilməsi barədə sayiələr yayıldı, amma bu meyitlərin harada dəfn edildiyini öz gözü ilə görən bir şahid belə olmadı, hətta valideynlər belə övladlarının harada dəfn edildiklərini bilmirlər. Odur ki, bu şayiə inandırıcı deyildi, elə də oldu”, – deyə N.Kərimov qeyd edib.

Onun sözlərinə görə, övladlarını itirən valideynlər bu gün saat 13:00 radələrində Nardaran pirinə çağırılıb, həmin görüşdə meyitlərin verilməsi məsələsinin müzakirə ediləcəyi deyilib.

Kənd ağsaqqalı kənddə hələ də polis postlarının qaldığını, sakinlərin yoxlanmalarının davam etdiyini nəzərə çatdırıb.

Kəndə hələ də qaz və işıq verilməyib. Onun sözlərinə görə, dünəndən  “Azəriqaz” və “Azərişıq” nümayəndələri kəndin elektrik və qaz xətlərinə baxış  keçirsələr də, nəticə yoxdur. Camaat taxta, ağac, sellafon torbaları yandırmaqla qızınır.

“Hələ də bilmirik ki, işıq olacaq ya yox, olacaqsa nə zaman olacaq?”-, N.Kərimov bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button