Nardaranda növbəti əməliyyat: 3 nəfər saxlanıldı

trend_nardaran_yol_011215_11

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları növbəti əməliyyat keçirib.

Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 3 nəfər saxlanılıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Muradpur Heydər, 1959-cu il təvəllüdlü Mürsəl Qasımov və 1983-cü il təvəllüdlü Rahib Quliyev şübhəli şəxs qismində saxlanılıb.

M.Heydərin üzərinə baxış keçirilərkən 1,120 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Əməliyyat zamanı M.Qasımovdan 1 ədəd qanunsuz saxladığı ov tüfəngi, R.Quliyevdən isə 1 ədəd F-1 qumbarası götürülüb.

Sabunçu Rayon Məhkəməsinin qərarları ilə saxlanılan şəxslərdən M.Heydər və R.Quliyev barəsində həbs qətimkan tədbiri, M.Qasımov barəsində isə inzibati həbs seçilib(trend).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button