Nardaranda ölən polis qatı şiə tərəfdarı olub FOTO

Nardaran-polis-300x225

Nardaranda keçirilən əməliyyat zamanı dünyasını dəyişən polis əməkdaşı Vüqar Nəsibov barəsində sensasion məlumatlar dolaşmaqdadır. Belə ki, bu polisin qatı şiə tərəfdarı olduğunu sübut edən foto yayılıb.

Foto Vüqar Nəsibov el ağsaqqalı sayılan Hacı Həbib Tağıyevin qəbrini ziyarət edərkən çəkilib. Əlində “Zülfiqar” qılıncı tutan şəhid polisimiz özünün şiə tərəfdarı olduğunu əyani şəkildə sübut edir. Xalçanın üzərində isə imam Əlinin şəkli əks olunub.

Qeyd edək ki, Vüqar Nəsibov Daxili İşlər Nzirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub. O, evli olub və iki övlad atası idi. Mərhum polis əməkdaşı II Fəxri xiyabanda dəfn edilib.

Həmin fotonu təqdim edirik:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button