NATO baş katibi Türkiyəyə təşəkkür edib

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı qapılar arxasında keçirdiyi görüşdən sonra Kosovoya qoşun göndərmək qərarına görə Türkiyə hakimiyyətinə minnətdarlığını bildirib. Bu barədə “Anadolu” agentliyi xəbər verir.

“Mən Türkiyəyə bölgədəki son iğtişaşlardan sonra Kosovonun şimalına əlavə qüvvələr göndərdiyinə görə təşəkkür edirəm” – NATO-nun baş katibi deyib.

Bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi ölkənin xüsusi təyinatlılardan ibarət batalyonunu Kosovoda yerləşdirməyə başladığını açıqlamışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button