NATO: “Biz Rusiya ilə onilliklərlə davam edəcək müharibəyə hazır olmalıyıq”

Yayımlandı: 10 Fevral 2024 17:46

Stoltenberq hesab edir ki, indiki halda ən yaxşı müdafiə Ukraynaya dəstəkdir

NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) Rusiya ilə onilliklərlə davam edə biləcək çoxillik qarşıdurma ehtimalına hazırlaşmalıdır.

Bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.

NATO Rusiya ilə müharibə axtarmır. Lakin biz onilliklər davam edə biləcək qarşıdurmaya hazırlaşmalıyıq”, – Stoltenberq söyləyib.

Onun fikrincə, Vladimir Putin növbəti seçkilərdə qalib gəlsə, Rusiya təcavüzünün başqa ölkələrə yayılmayacağına zəmanət yoxdur.

Stoltenberq hesab edir ki, bu fonda ən yaxşı müdafiə Ukraynaya dəstək və NATO-nun hərbi potensialına sərmayələrdir.

Alyansın baş katibi müttəfiqləri tez bir zamanda hərbi sənayelərini genişləndirməyə çağırıb.

“Biz tez bir zamanda sənaye bazamızı yenidən qurmalı və genişləndirməliyik ki, Ukraynaya tədarükləri artıraq və öz ehtiyatlarımızı artıraq”, – baş katib deyib.

Yens Stoltenberq, Mənbə: NATO

Daha öncə NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib.

Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə NATO arasında savaş başlaya bilər.

NATO Baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov arqumentlər fonunda bildirib ki, ölkələr bu yolla öz vətəndaşlarının diqqətini daxili problemlərdən yayındırmağa çalışırlar.

O həmçinin əmindir ki, Qərb ölkələri Ukraynaya 50 milyard avro ayırmağa haqq qazandırmaq üçün Rusiyadan düşmən düzəltməyə çalışırlar. Çünki Avropadakı böhran fonunda belə “qeyri-ciddi” məbləğ də əhəmiyyətlidir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button