NATO daxilində Qarabağ qarşıdurması yaşandı

Rumıniyanın paytaxtı Buxarest şəhərində NATO Parlament Assambleyasının 57-ci illik sessiyası keçirilir. Sessiyada ölkəmizi Milli Məclis sədrinin birinci müavini, NATO Parlamert Assambleyasında Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsdərovun başçılığı ilə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, millət vəkilləri Məlahət İbrahimqızı və Tahir Süleymanov təmsil edirlər.

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə verdiyi açıqlamada bildirib ki, 57-ci sessiyada bir sıra önəmli məsələlər ətrafında müzakirələr aparılıb. Ən gərgin müzakirələr isə ABŞ-ın Ceyms Stoun Fondunun eksperti Vladimir Sokorun Ukrayna və Moldova ilə bağlı məruzəsinin müzakirəsi zamanı olub. BAXCP sədri Vladimir Sokora məruzə ilə bağlı aparılan müzakirələrin istiqamətini dəyişən sualla müraciət edib. Qüdrət Həsənquliyev Azərbaycan torpaqlarının 20 ildir ki, Ermənistanın işğalı altında olduğunu və bu müddət ərzində Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa edə bilmədiyini xatırladıb:

«Qeyd etdim ki, Rusiya dolayısıyla və birbaşa postsovet məkanında mövcud olan münaqişələrin iştirakçısıdır. Vlaimir Sokora sual verdim ki, necə düşünürsünüz, əgər ərazi bütövlüklərini bərpa edə bilməyən 3 respublika – Azərbaycan, Moldova və Gürcüstan da Ermənistandan sonra Rusiyanın forpostuna çevrilsələr və Vladimir Putinin Avrasiya İttifaqı adı altında SSRİ-nin bərpa edilməsi planının fəal iştirakçılarına çevrilsələr, bu onların öz ərazi bütövlüklərini təmin etmələrinə yarldım göstərə bilər, ya yox? Mənim sualımdan sonra Ermənistan nümayəndə heyətinin təmsilçilərindən biri söz aldı və bildirdi ki, onun ölkəsi Rusiyanın forpostu deyil. Ermənistan təmsilçisinin iddiasına görə, Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanın ərazi bütövlüyündən söhbət gedə bilməz, çünki erməni xalqı öz müqəddəratını təyin edib.

Ceyms Stoun Fondunun eksperti Vladimir Sokor isə bildirdi ki, Ermənistan 800 min azərbaycanlını öz evlərindən didərgin salmaqla Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparıb. Beynəlxalq birliyin bu münaqişələrə münasibətdə ədalətsiz mövqe nümayiş etdirdiyini vurğulayan Vladimir Sokor dedi ki, Rusiyanın hər üç konfliktdə tərəf olması barədə söylədiyim fikirlərlə razılaşır. Sokorun qənaətinə görə, məhz bu səbəbdən, Rusiyanın hər üç münaqişədə vasitəçi kimi iştirak etməsi kökündən səhvdir və beynəlxalq birlik Moskvanı bu proseslərə cəlb etməklə ciddi yanlışlığa yol verib. Vladimir Sokor qeyd etdi ki, dünya birliyi böyük bir faciə və ədalətsizliklə qarşı-qarşıya qalan Azərbaycanı tək buraxıb. Və bu ədalətsizliyin aradan qaldırılması üçün indiki formadan kifayət qədər geniş olan bir müstəvidə beynəlxalq konfrans çağırılmalı və problemin həlli üçün ciddi qərarlar qəbul edilməlidir».

BAXCP sədrinin sözlərinə görə, Vladimir Sokorun bu çıxışından sonra Ermənistan və Rusiyadan olan deputatlar onun şəxsiyyətinə qarşı hücuma keçiblər. Lakin Rusiya və Ermənistan təmsilçiləri istisna olmaqla, toplantıda iştirak edən bütün nümayəndələrin Vladimir Sokoru dəstəkləmələri və sürəkli alqışlamaları etirazçıları susdurub».

Məlumata görə, müzakirələrin ən gərgin məqamında qardaş Türkiyəni təmsil edən Əhməd və Mehmet (soyadlarını dəqiqləşdirə bilmədik) adlı millət vəkilləri iclas salonunu tərk ediblər.

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Düshünürem ki, Türk qardashlarimiz dogru edib. Ahmed beyin ve Mehmet beyin iclas salonunu terk etmesini xüsusi qeyd eden BAXCP sedri ,gerek unutmayaydi ki ,bir il evvel Bakidaki Shehidlikde türk bayraginin demir direklerinin de yap hakimiyyeti kedi. Buna deyirler ki borclu borclunun sagligini ister. ( Bayraq eniririlen zamani bu partiya serinin hansi mövqeyde durdugunu gördük).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button