Naxçıvan gömrüyündən həbs xəbəri var

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov həbs edilib. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Məhkəmədən bu barədə məlumatları “Turan”a təsdiqləyiblər.

Yerli saytlarda yer alan məlumatlara görə, o, bir qrup şəxs halında xüsusilə külli miqdarda vəsaitlərin mənimsəməsində ittiham olunur.

Məhkəməyə həbslə bağlı vəsatəti istintaq orqanı – Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) verdiyi deyilir.

Amma bu məlumatlara, hələlik, DTX və Mənsur Əsgərovun yaxınlarından münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button