Naxçıvanda jurnalistlərlə görüşən sakinlər cəzalandırılıb

Bir vətəndaş MTN-ə aparılıb, digəri cərimə edilib…

 Redaktorlar Birliyinin təşkilatçılığı ilə Naxçıvana 20 nəfərdən ibarət nümayəndə heyətinin səfərindən sonra yerli hakimiyyət bir sıra vətəndaşları cəzalandırıb. Bu barədə Naxçıvandakı hüquq-mühafizə orqanlarındakı mənbəmiz məlumat verib. Mənbənin sözlərinə görə, Naxçıvan şəhərində çayxanaların birində jurnalistlərlə bir masada oturan iki nəfər Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. Həmin şəxslərin başına qara maska keçirilib. Onlar nazirlikdə 5 saat dindirilib. Yol polisi isə Naxçıvanda “Azadlıq” radiosuna müsahibə verən Zeynal Bağırsoyu cərimə edib.

Onu da qeyd edək ki, Naxçıvan səfəri zamanı çayxanada həmin vətəndaşlarla bir masa arxasında bu sətirlərin müəllifi də oturub. Çayxanadakı masalar dolu olduğundan həmin vətəndaşlarla bir masada oturmaq məcburiyyətində qaldıq. Həmin şəxslərin adlarını belə öyrənə bilmədik.

Əfqan Muxtarlı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button