Naxçıvanda yeni daxili işlər naziri

Rəşad İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bununla bağlı dekabrın 28-də Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Polkovnik İsmayılovu bu vəzifəyə bu il fevralın 7-də Ali Məclisin sabiq sədri Vasif Talıbov təyin etmişdi.

Həmin vəzifəyə Süleyman Neymətovun təyin edildiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, polis polkovniki Süleyman Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təsdiq edilib.

“Bununla bağlı müvafiq sərəncam imzalanıb. Polis polkovniki vəzifəsinin icrasına başlayıb” – o qeyd edib.

Polis polkovniki Süleyman Neymətov bundan əvvəl Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.

Ötən həftə, dekabrın 21-də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefası qəbul edilmişdi. O düz 27 il idi həmin vəzifədə çalışırdı.

Ali Məclis sədrinin səlahiyyətlərini hazırda MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov yerinə yetirir.

Dekabrın 22-də isə dövlət başçısı İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında fərman imzalayıb.

Onun digər sərəncamla Naxçıvanda Azərbaycan prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Bu şəxs Fuad Vahid oğlu Nəcəfli olub. Naxçıvan Ali Məclisinin sədri vəzifəsi isə, hələlik, boşdur.

Bir neçə həftəəvvəl isə MR-da bəzi vəzifəli şəxslər mənimsəmə ittihamı ilə həbs edilib. Onların ittihama münasibəti bəlli deyil.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button