Naxçıvanın büdcəsi artırılır

Yayımlandı: 25 May 2024 14:39

Muxtar Respublikanın gəlirləri və xərcləri ilə bağlı proqnoz 500,4 milyon manatdan 539,3 milyon manata qaldırılıb

Azərbaycan hökuməti icmal büdcənin təkibinə daxil olan Naxçıvan Muxtar Respublikasının büdcəsinə yenidən baxıb.

Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, nəticədə Naxçıvanın gəlirləri və xərcləri ilə bağlı proqnoz 500,4 milyon manatdan 539,3 milyon manata qaldırılıb.

Əvəzində muxtar respublikaya dövlət büdcəsindən ayrılan dotasiyanın 343,3 milyon manatdan 336,5 milyon manata endirilməsi təklif olunub.

Dotasiyanın 6,8 milyon manat azaldılmasına gəlincə, səbəb kimi Naxçıvana yanacaq daşınması ilə bağlı xərclərin büdcənin mərkəzləşdirilmiş xərclərinə aid edilməsi göstərilib.

2022-ci ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan MR-də əməliyyat keçirib. Beləliklə, muxtar respublikanın bir sıra məmurları həbs edilib. O cümlədən, maliyyə naziri Rəfael Əliyev, Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli, Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etmiş Hicran Rüstəmov da həbs edilənlər sırasındadır. Barələrindəki cinayət işinə xitam verilməsə də, həbs olunan məmurların çoxu bir müddət öncə azadlığa buraxılıb.

İttihamlar milyonlarla manatın yeyilməsi istiqamətində olub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button