Naxçıvanın Penitensiar Xidmətinin rəisi tutulub

Naxçıvan Muxtar Respublikasının (MR) Ədliyyə nazirin müavini – Penitensiar Xidmətin rəisi Tofiq Həsənovun həbs edildiyi bildirilir.

“Turan”ın məlumatına görə, onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib.

Bakının Səbail Rayon Məhkəməsindən bildiriblər ki, qərar yanvarın 27-də qəbul edilib. O, Cinayət Məcəlləsinin 179.2.2, 179.2.2, 179.2.4 (Mənimsəmə və ya israf etmə) və 311.3.2, 311.3.3-cü (Rüşvət alma) maddələri ilə ittiham olunur.

Amma bu məlumatlara, orada səslənən ittihamlara, hələlik, T.Həsənov və onun yaxınlarından münasibət almaq mümkün olmayıb.

T.Həsənov 2016-cı ildə Naxçıvanın Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qərarı ilə həmin vəzifəyə təyin edilmişdi.

Ötən il dekabrın 21-də V.Talıbovun özü Naxçıvanın Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Həmin ərəfədə və ondan sonra isə Naxçıvanda bir sıra vəzifəli şəxslər mənimsəmə ittihamı ilə həbs ediliblər. Üstəlik, muxtar respublikada güc strukturlarının rəhbər şəxsləri də dəyişdirilib. Habelə, Prezident İlham Əliyev özünün Naxçıvan Muxtar Respublikasında xüsusi nümayəndəsini də təyin edib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button