Nazarbayev Qazaxıstan TŞ-nin ömürlük sədri oldu

«AzPolittika.info»-nun Qazaxıstan KİV-ə istinadla verdiyi xəbərə görə, Qazaxıstanın rəsmi KİV-i «Qazaxıstan Respublikasının Təhlükəsmzlik Şurası haqqında» yeni qanunun mətnini dərc ediblər. Prezident Nursultan Nazarbayev sənədi iyulun 5-də imzalayıb.

Bu qanun, ilk prezident və milli lider olaraq Nazarbayevin TŞ-nın ömürlük sədri hüququnu özündə əks etdirir. Bu zaman sözügedən orqanın statusu məsləhət-məşvərətçi olmaqdan konstitusiyalı mövqeyə dəyişir.
Ölkə parlamenti yeni qanunu və ona düzəlişləri mayın 31-də qəbul edib. Sonra Nazarbayev, baxılmaq üçün sənədi Konstitusiya Şurasına göndərib. Konstitusiya Şurası sənədin Konstitusiyanın tələblərinə cavab verdiyi barədə qərar çıxardıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button