Rubrikalar: ARAŞDIRMA SİYASƏT XuralTAC

Nazarbayev varisini Putinə təqdim edib?

Mansur Mirovalev

“Əl-Cəzirə”, 20.03.2019

Neftlə zəngin Qazaxıstanın beş dəfə prezidenti seçilən, geniş tənqid olunan sovet dövrünün son qalığı Nursultan Nazarbayev təxminən 30 illik hakimiyyətdən sonra könüllü olaraq istefa verib.

18 milyonluq əhalisi, Rusiya və Çinlə sərhədləri olan dövlətin 78 yaşlı avtokratı çərşənbə axşamı, martın 19-da istefasını elan edən fərmanı imzalamazdan əvvəl televiziya çıxışında “Mən prezidentliyimi dayandırmaq qərarına gəlmişəm”, – deyib.

O, hələ də hakim “Nur Otan” Partiyasına rəhbərlik və Qazaxıstan Təhlükəsizlik Şurasının ömürlük başçısı vəzifəsini icra edəcəyini sözlərinə əlavə edib.

Beləliklə, Nazarbayev hakimiyyət salonlarında əsas mövqelərini qoruyub saxlayacaq və siyasi müxalifətin olmadığı avtoritar quruluş yerində qalacaq.

Qazaxıstanın maliyyə paytaxtı Almatı şəhərində fəaliyyət göstərən siyasi təhlilçi Dosım Satpayev “əl-Cəzirə”yə bildirib: “Bu, maraqlı Şərq gedişidir. Siyasi meydanda rəsmi olaraq Nazarbayev prezident deyil, əslində isə o hələ də iqtidardadır”.

Nazarbayev bildirib ki, Senatın spikeri və sabiq baş nazir Kasım-Jomart Tokayev növbəti prezident seçkisinə qədər prezidentlik vəzifəsini icra edəcək.

Nazarbayevin beşinci müddəti 2019-cu ilin aprel ayında sona çatırdı və o, seçki mövzusunda heç bir açıqlama verməyib.

Mərkəzi Asiya üzrə başqa bir analitik deyib ki, 1999-2002-ci illərdə baş nazir vəzifəsini tutmuş, Çin üzrə ekspert, diplomat Tokayev Nazarbayevin real siyasi varisidir.

“Qazaxıstanı Tokayevdən daha yaxşı heç kim idarə edə bilməz, – deyə moskvalı siyasi təhlilçi Daniil Kislov “əl-Cəzirə”yə bildirib. – O, təcrübəli diplomat, idarəçidir”.

Kislovun sözlərinə görə, Tokayev Cənubi Qazaxıstanda köçəri ənənələri ilə tanınan, cari siyasət və gündəlik həyatda böyük təsirə malik qəbilə konfederasiyası olan “Elder Juz”a mənsub şəxsdir.

Varislik məsələsi

Nazarbayev, 1999-cu ildə Rusiya prezidenti Boris Yeltsinin istefasına bənzər gözlənilməz televiziya çıxışı edib.

“Mənə müstəqil Qazaxıstanın ilk prezidenti olmaq imkanı verən insanlardır”, – Nazarbayev təntənəli şəkildə bildirib.

Lakin onun rəqibləri və beynəlxalq müşahidəçilər uzun illərdir ki, Nazarbayevin yenidən seçilməsini tənqid edirlər. O, 2015-ci ildə, sonuncu seçkidə 98 faiz səs toplayıb.

Yeltsinin varisi, keçmiş KQB casusu Vladimir Putin kimi, yeni Qazaxıstan lideri də sabiq təhlükəsizlik işçisi ola bilər. İllərdir müşahidəçilər və insayderlər Nazarbayevin bacısı oğlu Kayrat Satıbaldının siyasi varis olacağını iddia edirlər.

48 yaşlı Satıbaldı “Nur Otan” Partiyasının liderlərindən biri və Milli Təhlükəsizlik Komitəsinin sədr müavinidir. O, hüquq, iqtisadiyyat və neft mühəndisliyi sahəsində elmi dərəcələrə malik müsəlmandır və bu, Qazaxıstan siyasətçiləri arasında nadir mənzərədir.

“O, Putinə bənzər nüfuzlu şəxsdir, – Dosım Satpayev bildirib. – Satıbaldının prezident seçkisində iştirak edən pablik ictimai xadim olacağını söyləmək çətindir, lakin o, hakimiyyət keçidində mühüm fiqur olacaq”.

Rusiyalı təhlükəsizlik mütəxəssisi Putinin Satıbaldının namizədliyini dəstəklədiyini söyləyib.

“Nazarbayev Putinə onu təqdim edib”, – anonimlik şərti ilə bir analitik bildirib

Yeni Böyük Oyun

Siyasi müxaliflər – sürgündə, siyasi ittihamla – həbsxanada və ya qəbiristanlıqda olduğundan varislik məsələsi bir neçə ildir ki, gündəmdədir.

2006-cı ildə müxalifət lideri Altınbek Sarsenbayev öldürülüb. Cangüdəni və sürücüsü ilə birlikdə. Elə həmin il Nazarbayevin tənqid edən digər müxalifət xadimi – Zamanbek Nurqədilov evində güllələnib.

Bir neçə il sonra Qazaxıstan hakimiyyəti Sarsenbayevin öldürülməsində Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyevi ittiham edib.

Nazarbayevin böyük qızı Dariqanın əri olmuş Əliyev əvvəllər varis kimi geniş şəkildə tanınıb. Ancaq 2007-ci ildə prezident qayınatası ilə ixtilafa girib və Avstriyaya qaçıb. Son nəticədə o, qətl və adam oğurluğu ittihamı ilə həbs olunub.

Rahat Əliyev 2015-ci ildə Vyana həbsxanasında asılmış vəziyyətdə tapılıb. Avstriya hökuməti bu ölümü intihar kimi səciyyələdirib, lakin bəzi Qazaxıstan müşahidəçiləri onun öldürüldüyünü iddia ediblər.

Qazaxıstanın böyük karbohidrogen ehtiyatları və Avrasiyanın qəlbində yerləşməsi artıq Rusiya, Çin və Qərb arasında siyasi rəqabətə gətirib çıxarıb. Müşahidəçilər bunu “Yeni Böyük Oyun” adlandırır və Rusiya ilə Britaniya imperiyası arasında Mərkəzi Asiyada köhnə geosiyasi rəqabətə oxşadırlar.

Nazarbayev, Moskva və Pekinə sədaqət göstərərək, hər iki tərəfdən razılıq alıb. Analitiklər deyir ki, yeni liderin dövründə siyasi kurs dəyişməyəcək – Nazarbayev hələ sağdır.

“Lakin ölümündən sonra Pekin və Moskva çox narahat olacaq, – Satpayev bildirib. – Həm də çox”.

Tərcümə: Strateq.az

Paylaş:

This post was last modified on 23 Mart 2019 1:16 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Əbülfəs Qarayevin cəzalandırılma səbəbi bilindi-Tarixi xalçanı oğurlayıb özünə villa alan xanım səfirimiz kimdir?

Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də aydın olub. Sən demə, naziri yanmasında İsveçrədəki səfirimiz Xanım İbrahimovanın da…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi?-Fotolar

Mətbuatda xəbər verildiyi kimi, beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Eldar Mahmudovun övladlarının Böyük Britaniya, Lüksemburq, İspaniya və Litvada 110 milyon dollara…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Zaur Qəriboğlu ilə “Siyasət meydanı”: “Maskanı xalqımıza kim yüklədi, cərimələr niyə əfv olunmur?”-VİDEO

3 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Tural Abbaslı “Siyasət meydanı”nda: “Göyə sovrulan milyardlar, səfalət içində yaşayan xalq…”-VİDEO

03 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Dövlət Səfərbərlik Xidməti “Siyasət meydanı”nda səslənən fikirlərə görə “Xural”a cavab göndərdi-QARŞI TƏRƏF

Müharibə və Sillahli Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Rasim Şirinov "Siyasət meydanı"nda səslənən bəzi fikirlərə cavab verib. Xural.com qarşı tərəfin…

3 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Qüdrət Həsənquliyev “Siyasət meydanı”nda: “Müharibədən başqa çarə yoxdur…”-VİDEO

2 iyun 2020-ci il, saat 21:30-da Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı BAXCP…

3 İyun 2020
Xural.COM