Rubrikalar: ARAŞDIRMA DÜNYA XuralTAC

Nazarbayevin yerini tutan Kasım-Jomart Tokayev kimdir?

Nursultan Nazarbayevin istefasından sonra Qazaxıstanda prezident kürsüsünü tutan Kasım-Jomart Kamaloviç Tokayev 1953-cü ildə Almatı şəhərində anadan olub. Tokayevin şəxsiyyət kimi formalaşmasında atasının – həyatı çətinliklərlə keçən Kamal Tokayevin böyük rolu olub. K.Tokayev 18 yaşında ikən cəbhəyə yollanıb, Böyük Vətən müharibəsinin həlledici döyüşlərində iştirak edərək yaralanıb, savaşda iştiraka görə mükafatlandırılıb.

Müharibə başa çatandan sonra Kamal Tokayev yazıçılıq etməyə başlayıb və Qazaxıstan ədəbiyyatında detektiv-macəra janrının əsasını qoyub. Onun savaş partizanlarının qəhrəmanlıqlarından, sovet milisinin cinayətkarlığa qarşı mübarizəsindən bəhs edən povest və hekayələri Sovet İttifaqında olduqca populyar olub.

K.Tokayevin bioqrafiyasının təfərrüatlarını sonradan oğlu Kasım-Jomart Tokayev müəllifi olduğu “Atam haqqında söz” kitabında yazmışdı.

Gələcək prezidentin anası Turar Şabarbayeva Almatıdakı Xarici Dillər İnstitutunda işləyirdi. Tokayevin mütaliəni sevən və yaxşı təhsilə yüksək qiymət verən intelligent ailədə böyüdüyünü əminliklə söyləmək olar.

Tokayev orta məktəbi bitirəndən sonra Moskvanın ən yaxşı universitetlərindən sayılan Beynəlxalq Əlaqələr üzrə Moskva Dövlət Universitetində təhsil almağa yollanıb. Tələbə yoldaşlarının dediyinə görə, Tokayevin bütün dərslərdən qiymətləri “əla” olub. Buna baxmayaraq, o, özünü heç kimdən üstün tutmayaraq tələbə yoldaşları arasında böyük nüfuz qazanıb və onlarla bugünədək ünsiyyətdədir.

Dördüncü kursda oxuyanda Tokayevi Sovet İttifaqının Çindəki səfirliyinə təcrübə keçməyə göndəriblər. Elə həmin vaxt Ata Corc Buş və onun oğlu ilə tanış olub. Vaşinqton ata və oğul Buşu Çinə ABŞ diplomatik missiyasının işini qaydaya salmağa göndəribmiş.

Tokayev xatırlayır ki, ata Buş tennis oynamaq üçün Çin səfirliyinə gəlirdi: “Onun qeyri-rəsmi gəlişləri səfir Vasili Tolstikovun xoşuna gəlmirdi. Səfir ağır-ağır təhqirlər işlədərək əməkdaşlardan “kəşfiyyatçını bəsləməməyi” tələb edirdi. Buş Pekindən qayıdandan sonra Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru təyin olunmuşdu”.

Diplomunu alandan sonra Tokayevi Sinqapurdakı səfirliyə işləməyə göndəriblər. Dörd il sonra isə onu Xarici İşlər Nazirliyi aparatında işləmək üçün Moskvaya geri qaytarıblar.

1983-cü ildə – gərgin keçən 25 illik münasibətlərdən sonra Sovet İttifaqı Çinlə mütəxəssislər üçün təhsil mübadiləsinə dair razılığa gəlib. Pekin Universitetinə 10 aylıq təlimə göndərilən kiçik qrupa Tokayev də düşüb. Pekindəki təlimdən sonra Tokayev Çin dilini yüksək səviyyədə mənimsəyib. Daha sonra onu Pekindəki səfirliyə işləməyə göndəriblər. Və 1991-ci ilədək səfirlikdə müxtəlif vəzifələr tutub.

Qazaxıstan müstəqilliyini qazananda Tokayev vətənə qayıtmağa qərar verib. Ölkəsində ona dərhal xarici işlər nazirinin müavini postu təklif olunub. Gənc respublikada ixtisaslaşmış kadrlara böyük tələbat var idi, Tokayevin bilik və təcrübəsi də bu tələbatı tam ödəyirdi.

1994-cü ildə Tokayev xarici siyasət idarəsinin rəhbərliyinə gətirilib və 2007-ci ilədək bu vəzifəni tutub. Bu dövr ərzində işində fasilə verərək (1999-2002) Nazarbayevin istəyi ilə hökumətin başına keçib.

2007-ci ildə Qazaxıstan Senatının sədri seçilib. Lakin bir il sonra yenidən diplomatik fəaliyyətə qayıtmağa qərar verib və ATƏT Parlament Assambleyasının vitse-prezidenti olub.

2011-ci ildə onu BMT baş katibinin müavini təyin ediblər. Sergey Ordjonikidze (Rusiyadan olan nümayəndə) xatırlayır ki, Tokayev bu vəzifəni icra etdiyi dövrdə hər kəsin yaddaşında nəhəng siyasi xadim kimi iz buraxıb.

“BMT-də baş katibin müavini postunu ona təhvil verəndə mənə çox maraqlı suallar verdi. Soruşmadı ki, kabinetim hansıdır. Mənə çox vacib məqamlarla bağlı suallar ünvanladı, – deyə Ordjonikidze xatırlayır.

Onun sözlərinə görə, Tokayev danışıqları çox məharətlə aparır, diplomatik bacarıqlarını ustalıqla işə salır, qeyri-rəsmi tədbirlərdə isə yaxşı sağlıq deyir və anektod danışırdı.

Tokayev beynəlxalq əlaqələr üzrə pəşəkar kadrdır. Rus, ingilis və Çin dilində sərbəst, Fransız dilində orta səviyyədə danışır. Maraqlıdır ki, Tokayev doğma dilində zəif danışır və bu səbəbdən dəfələrlə millətçi siyasətçilər tərəfindən tənqidlərə məruz qalıb.

2013-cü ilin oktyabrında Tokayev Qazaxıstan parlamentinin yuxarı palatasının sədri olub və prezident postunu tutana qədər bu vəzifədə çalışıb. Görünür, Nazarbayevin seçiminin Tokayev olması onun məhz işgüzar və şəxsi keyfiyyətləri ilə bağlı olub.

“Qazaxıstanın müstəqilliyinin ilk günlərindən Tokayev mənim yanımda işləyib. Onu yaxşı tanıyıram. Dürüst, məsuliyyətli insandır. Ölkə daxilində aparılan siyasəti tam dəstəkləyir. Bütün proqramlar onun iştirakı ilə hazırlanıb və qəbul olunub. Əminəm ki, Tokayev Qazaxıstanın idarəetməsini etibar edəcəyimiz adamdır”, – deyə Nazarbayev Tokayevi xarakterizə edib.

Qazaxıstanın yeni başçısının ailəsi haqda az məlumat var. Yalnız o məlumdur ki, Tokayev ailəlidir, həyat yoldaşının da adı Nadejda Davıdovnadır. Cütlüyün Timur adlı oğlu var. 35 yaşlı Timurun neft biznesi ilə məşğul olduğu deyilir.

Timur Tokayev 2008-ci ildə babası K.Tokayevin adına xeyriyyə fondu təsis edib. 2009-cu ildə politologiya üzrə namizədlik dissertasiyası müdafiə edib. İki il sonra isə müəllifliyi ilə “Qazaxıstan Respublikasının xarici siyasət prioritetləri” adlı kitabı işıq üzü görüb.

Tanıyanlar deyir ki, yeni prezident Tokayev insanları qohumluq əlaqələrinə görə deyil, şəxsi keyfiyyətləri və bacarıqlarına görə dəyərləndirir. Ona görə də onun onun qohumlarını hansısa postlara gətirəcəyi inandırıcı deyil.

Kasım-Jomart bütün ömrünü peşəkar bilik və bacarıqlarını artırmağa həsr edib. O, ayrı-ayrı ölkələrin universitetlərinin fəxri professoru, doqquz monoqrafiya müəllifidir.

Qazaxıstan lideri futbola baxmağı sevir, hər səhər gününü trenajor zalında başlayır…

Tərcümə etdi: G.Hüseynova

Strateq.az

Paylaş:

This post was last modified on 31 Mart 2019 4:22 axşam

Share

Son Əlavələr

  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür

Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının ildönümüdür. "Report" xəbər verir ki, Bakının azad olunmasından 101 il ötür. 1918-ci…

15 Sentyabr 2019 3:09 səhər
  • CƏMİYYƏT
  • XuralTAC

Xırdalanda binaların həyəti satılır-VİDEO

Xırdalan şəhəri 27-ci məhəllə 2B saylı binanın sakini Asif Lətifov mənzilinin qarşısının zəbt olunduğunu bildirib. Mirsahib adlı şəxsin həmin ərazidə…

15 Sentyabr 2019 3:04 səhər
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Abid Şərifovun Avropadaki biznesi-ARAŞDIRMA

Nicat Mahmudov 20 yaşından Londondadır. O, Bakıdakı 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğlu, Baş nazirin keçmiş müavini Abid…

15 Sentyabr 2019 2:43 səhər
  • GÜNDƏM
  • XuralTAC

Hüquqşünas İntiqam Əliyevə ofisini geri veriblər

Baş prokurorluq müsadirə etdiyi sənədləri də qaytarıb Baş Prokurorluq tanınmış hüquqşünas İntiqam Əliyevin rəhbərlik etdyi Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisini gözlənilmədən…

15 Sentyabr 2019 1:51 səhər
  • GÜNDƏM
  • XuralTAC

Erməni general: “Paşinyan Ermənistanı məhvə aparır…”

Nikol Paşinyan Ermənistanı müharibəyə aparır və istefa verməlidir. Virtualaz.org xəbər verir ki, belə sensasion bəyanatla Dağlıq Qarabağdan general, “təhlükəsizlik şurasının”…

15 Sentyabr 2019 12:39 səhər
  • ARAŞDIRMA
  • XuralTAC

AKP-nin tənəzzülü: hakim partiya 3 yerə bölünür

Şahin Cəfərli, politoloq   Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyası (AKP) sıralarından istefa verdi. Gözlənilən olsa da, Türkiyə siyasəti üçün…

15 Sentyabr 2019 12:34 səhər
Xural.COM